İrəvan yenə qarışır VİDEO


Siyasət 25 Fev 2021 11:53:12 116 0

İrəvan yenə qarışır  VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən bir dəstə erməni bu gün səhər saatlarından etibarən paytaxt İrəvanın mərkəzi küçələrinin bir neçəsini bağlayıblar.

Onlra "Nikolsuz Ermənistan!", "Türk Nikol!", "Nikol xəyanətkardır!" şüarları söyləyirlər.

Aksiya iştirakçıları N.Paşinyanın və hökumətin dərhal istefa verməsini tələb edirlər.

İrəvanın mərkəzindəki Azatutyun prospektində, Saralanci və Verin Antarain küçələrində hərəkət dayanıb.

Sürücülər alternativ yollar arayır, yol polisi isə hərəkəti nizamlamağa çalışır.

Bəzi yollar artıq açılmağa başlayıb. Müxalifətçilərin dediklərinə görə, etiraz aksiyaları fasiləsiz olaraq davam edəcək.

Aksiyaların təşkilatçısı "Ermənistanın Xilası" Hərəkatı və Erməni İnqilabi Federasiyası-Daşnaksutyundur. Baş nazir postuna müxalifətin vahid namizədi Vazgen Manukyan isə bu gün xalqa müraciət ünvanlayacağını bəyan edib. Fəqət, onun müraciəti situasiyaya ciddi təsir etməyəcək. Çünki müxalifətçilərin aksiyaları Ermənistandan kənardan, Rusiyadakı erməni diasporu tərəfindən idarə olunur.

Həmin diaspor isə Ermənistanın baş naziri postunda sabiq prezident Robert Köçəryanı görmək istəyir.

Orxan Hun Son.az