Ermənistanda kütləvi həbslər başladı


Dünya 25 Fev 2021 11:43:00 122 0

Ermənistanda kütləvi həbslər başladı

Ermənistanda etiraz aksiyalarına qatılan şəxslərin kütləvi həbsinə başlanılıb.

Son.az unikal.org-a istinadən bildirir ki, dünən və bu gün müxtəlif etiraz aksiyalarında iştirak edən İrəvan sakinləri polis idarələrinə gətiriliblər. Saxlanılanların bəzilərinə cinayət işi açılacağı deyilir.

Ermənistan polisinin KİV-lə iş şöbəsindən Zarzand Qabrielyan isə 2 aksiyaçının saxlanılmasını mətbuata təsdiqləyib. Saxlanılanların həqiqi sayının daha çox olduğu bildirilir.