“Kuruluş Osman”da aktyor ayrılığı FOTO


Digərləri 25 Fev 2021 09:40:00 153 0

“Kuruluş Osman”da aktyor ayrılığı  FOTO

Rejissoru Mehmet Bozdağ olan “Kuruluş Osman” serialında aktyor ayrılığı yaşanacaq

Rejissoru Mehmet Bozdağ olan "Kuruluş Osman" serialında aktyor ayrılığı yaşanacaq.

Son.az axşam.az-a istinadən bildirir ki, bu dəfə layihəni aktrisa Didem Balçın tərk edəcək. O, hamilə olduğu üçün ekran işindən ayrılmaq qərarına gəlib. Aktrisa serialda Selcan Hatun obrazına həyat verirdi.

38 yaşlı Didem bu layihədə 2014-cü ildən iştirak edir. Həmin vaxt serial "Diriliş Ertuğrul" adlanırdı. 

Xatırladaq ki, "Kuruluş Osman"ın əsas rollarında Burak Özçivit, Nurettin Sönmez, Erkan Avcı və Özge Törer kimi aktyorlar çəkiliblər. Tarixi janrlı ekran əsərində Osmanlı imperiyasının əsasını qoyan Osman Qazinin düşmənlərinə qarşı apardığı mübarizəsindən bəhs edilir.