Paytaxtda quraşdırılan sığınacaqlar haradadır?


Digərləri 24 Fev 2021 16:15:00 122 0

Paytaxtda quraşdırılan sığınacaqlar haradadır?

Bakının 5 ərazisində isinməyə ehtiyacı olan insanlar üçün çadırlar quraşdırılıb.

Bu barədə Son.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Qeyd olunub ki, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq:

"Çadırlar Nərminov rayonu - metronun çıxışı, Yasamal rayonu - İnşaaçılar metrosunun çıxışı, Binəqədi rayonu - Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu - Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb".

Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edir.