Bakı sakinini dəniz kənarında avtomobil vurub


Digərləri 24 Fev 2021 09:15:00 118 0

Bakı sakinini dəniz kənarında avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bilgəh qəsəbəsində Xəzər dənizinin sahilində qeydə alınıb. 

2002-ci il təvəllüdlü Yusifzadə Cəlal Elman oğlu dəniz kənarında gəzərkən onu minik avtomobili vurub. 

C.Yusifzadə xəstəxanaya yerləşdirilib. O, döş qəfəsinin və çanağının sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.