Braziliyada ötən sutka koronavirusdan 1 386 nəfər ölüb


Dünya 24 Fev 2021 09:10:00 110 0

Braziliyada ötən sutka koronavirusdan 1 386 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 62 715 nəfər yoluxub.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 257 875 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 386 nəfər ölüb, ölənlərin ümumi sayı 248 529 nəfər təşkil edir.