Google Drive təhlükəsizlik məqsədilə yeni funksiyanı tətbiq edəcək


Digərləri 23 Fev 2021 23:01:00 138 0

Google Drive təhlükəsizlik məqsədilə yeni funksiyanı tətbiq edəcək

Google-un bulud saxlanc xidməti Drive yeni təhlükəsizlik xüsusiyyətini təqdim edəcək. Şirkət yeniliklə həm də fayl paylaşımını daha asan hala gətirəcək.

Son.az ted.az-a istinadən bildirir ki, bu, Drive administratorlara təşkilati məlumatları təhlükəsiz saxlamağa kömək edəcək. Eyni zamanda istifadəçilər faylları paylaşmaq üçün xüsusi auditoriyaları təyin etmək imkanı qazanacaqlar.

Bu xüsusiyyətin beta versiyası ilk dəfə keçən ilin avqustunda yayımlansa da, Google istifadəçi rəylərinə əsasən iki mühüm dəyişiklik edilib. Şirkət tövsiyə edilə biləcək auditoriya sayını 3-dən 5-ə qaldırıb və idarəçilərə hansısa qrupu hədəf auditoriyası olaraq əlavə etməyə imkan yaradıb. Bu dəyişiklik Diskdən istifadə edən müəssisələrdə kənardakı istifadəçilərlə məlumat mübadiləsini çətinləşdirsə də, təhlükəsizlik boşluqlarının qarşısını alacaq.

Qeyd edək ki, yeni funksiyadan yalnız ödənişli Google Workspace istifadəçiləri yararlana bilərlər.