Ceyhun Bayramov: “Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”


Siyasət 23 Fev 2021 23:06:00 76 0

Ceyhun Bayramov: “Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”

"Bu gün biz həm ikitərəfli formatda geniş müzakirələr apardıq, həm də üçtərəfli formatda maraqlı müzakirələrimiz oldu".

Son.az APA-ya istinadən xəbər verir ki, Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə  inkişaf edir: "Liderlərimizin bilavasitə iştirakı ilə bu münasibətlər günü-gündən artır.  Türkiyə Respublikasının Prezidenti başda olmaqla bütün Türkiyə cəmiyyətinin 44 günlük savaşda Azərbaycanın yanında olduğuna şahidik. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, üçtərəfli bəyanat əsasında imzalanmış sazişi ilə, regionda yeni təhlükəsizlik formatı təyin edilib. Artıq Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyətdədir, Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir. Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür".

C.Bayramov deyib ki, Ankarada olan ikitərəfli görüş çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu, müştərək neft və qaz layihələri ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb: "Pandemiya ilə əlaqədar 2020-ci ildə qardaş Türkiyə ilə əlaqələrimizdə bir sıra məhdudiyyətlər olsa da, fevralın 19-da iki ölkə arasında Hökumətlərarası Əməkdaşlıq Komitəsinin iclasında 53 bənddən ibarət sazişin imzalanması çox qısa müddətdə əlaqələrimizin inkişafını daha da sürətləndirəcək".

Nazir deyib ki, Azərbaycanla Türkiyə arasında ötən il şəxsiyyət vəsiqələrinin sərhədkeçmə sənədi olaraq qəbul edilməsi ilə bağlı qəbul edilən sazişin iki dövlət arasında bütün prosedurları başa çatıb: "Yaxın zamanlarda bu sazişin tətbiqi elan ediləcək".

Üçtərəfli görüşün əhəmiyyətini vurğulayan Ceyhun Bayramov bildirib ki, ilk növbədə beynəlxalq hüquqa əsaslanan enerji təhlükəsizliyi sahəsində üç ölkə arasında çox mühüm müzakirələr aparılıb, sənaye, nəqliyyat, elm, təhsil, kənd təsərrüfatı ilə bağlı geniş fikir mübadiləsi olub.

Google Drive təhlükəsizlik məqsədilə yeni funksiyanı tətbiq edəcək like
  • 23 Fev 23:01  
Digərləri Google Drive təhlükəsizlik məqsədilə yeni funksiyanı tətbiq edəcək

Google-un bulud saxlanc xidməti Drive yeni təhlükəsizlik xüsusiyyətini tə

arrow Ətraflı
App Storeda artıq yalnız bu tətbiqlər təsdiqlənəcək like
  • 23 Fev 22:55  
Digərləri App Storeda artıq yalnız bu tətbiqlər təsdiqlənəcək

Apple yalnız səhiyyə işçiləri tərəfindən təsdiqlənmiş Covid-19 peyv

arrow Ətraflı
Android 12 NƏ ZAMAN təqdim olunacaq? like
  • 23 Fev 22:50  
Digərləri Android 12 NƏ ZAMAN təqdim olunacaq?

Google-un populyar mobil əməliyyat sistemi Android-in yeni versiyası üçün

arrow Ətraflı
Türkiyədə son koronavirus statistikası açıqlandı – FOTO like
  • 23 Fev 22:47  
Dünya Türkiyədə son koronavirus statistikası açıqlandı – FOTO

Türkiyədə son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyi

arrow Ətraflı
Doğuş zamanı baş gəlişləri like
  • 23 Fev 22:45  
Digərləri Doğuş zamanı baş gəlişləri

Açılış gəlişində çanaq girəcəyinə daxil omuş baş müxtəlif dərəc

arrow Ətraflı
Xromaffinoma like
  • 23 Fev 22:40  
Digərləri Xromaffinoma

Böyrəküstü vəzin xromaffin toxumasından inkişaf edən şiş onun hormonla

arrow Ətraflı
Mutsinoz sistaderma like
  • 23 Fev 22:30  
Digərləri Mutsinoz sistaderma

Mutsinoz sistoderma yumurtalığın ən böyük şiş xəstəliyidir.Bu şiş to

arrow Ətraflı
Bakıda qadını avtomobil vurub like
  • 23 Fev 22:28  
Digərləri Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonun yaşlı qadını avtomobil vurub.

arrow Ətraflı
Bakı sakinini elektrik cərayanı vurub like
  • 23 Fev 22:27  
Digərləri Bakı sakinini elektrik cərayanı vurub

Bakının Səbail rayonunda kişi ehtiyyataızlıqdan xəsarət alıb.

arrow Ətraflı
İsraildə istənilən traktor sürücüsüz aparata çevirilə bilər like
  • 23 Fev 22:20  
Digərləri İsraildə istənilən traktor sürücüsüz aparata çevirilə bilər

İsrailin "Blue White Robotics" şirkəti istənilən traktoru sürüc

arrow Ətraflı
Gələcək “Huawei” smartfonları məlum olub like
  • 23 Fev 22:15  
Digərləri Gələcək “Huawei” smartfonları məlum olub

Qabaqcıl "Huawei" smartfonları martın sonunda təqdim ediləcək. B

arrow Ətraflı
Ötən ilin ən populyar parolları: like
  • 23 Fev 22:10  
Digərləri Ötən ilin ən populyar parolları:

XXI əsr olmasına baxmayaraq, yalnız koronavirus pandemiyası insanları əll

arrow Ətraflı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb  FOTO like
  • 23 Fev 22:09  
Siyasət Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb FOTO

23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz

arrow Ətraflı