“Microsoft” şirkəti “Office 2021” proqram təminatını rəsmən təqdim edib


Digərləri 23 Fev 2021 23:10:00 191 0

“Microsoft” şirkəti “Office 2021” proqram təminatını rəsmən təqdim edib

"Microsoft" şirkəti "Office" proqram təminatının iki versiyasını (Office 2021 və biznes üçün Office LTSC) rəsmi olaraq təqdim edib. "Windows" və "macOS" əməliyyat sistemləri üçün yeni proqram təminatı bu il əlçatan olacaq. Yeniliyin vacib xüsusiyyəti abunənin olmamasıdır.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Microsoft" şirkəti "Office 2021" proqram təminatında reallaşdırılmış funksiya və dəyişiklikləri tamamilə açıqlamayıb, amma "Office LTSC" versiyasının qara rejim, dinamik massivlər və digər yeniliklərə malik olacağı məlumdur. "Office 2021", həmçinin analoji funksiyalarla təchiz ediləcək. Lakin istifadəçi interfeysində ciddi dəyişikliklər gözləmək lazım deyil.

İndi "Office LTSC" versiyası 7 il əvəzinə, 5 il dəstəklənəcək. "Office Professional Plus" və "Office Standard"ın qiyməti 10% artacaq. "Office 2021" versiyasının qiyməti əvvəlki kimi saxlanılacaq.