App Storeda artıq yalnız bu tətbiqlər təsdiqlənəcək


Digərləri 23 Fev 2021 22:55:00 125 0

App Storeda artıq yalnız bu tətbiqlər təsdiqlənəcək

Apple yalnız səhiyyə işçiləri tərəfindən təsdiqlənmiş Covid-19 peyvənd tətbiqlərini təsdiqləyəcəyini açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, Apple bu tətbiqlərin yalnız qanuni məlumat verdiyindən əmin olmaq üçün belə bir addım atdığını söyləyib.

Yeni yayımlanan elana görə, Apple müvafiq tətbiqləri yalnız test istehsalçıları, laboratoriyalar, səhiyyə müəssisələri tərəfindən təsdiqlənmiş  təşkilatlar və şirkətlər tərəfindən bazara təqdim edildiyi təqdirdə təsdiqləyəcək.

Həmçinin şirkətin birbaşa dövlət, tibbi və digər səlahiyyətli qurumlardan App Store-a gələn müraciətləri də təsdiqləyəcəyi bildirilib.