Çavuşoğlu: “Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə zirvə görüşü olacaq”


Siyasət 23 Fev 2021 22:56:00 138 0

Çavuşoğlu: “Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə zirvə görüşü olacaq”

"Bu, xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşüdür. Bu il Türkmənistanda keçirilməsi nəzərdə tutulan üç ölkənin dövlət başçılarının zirvə görüşünün hazırlıqlarını müzakirə etdik və bu zirvə görüşü ilə bağlı yol xəritəsini müəyyənləşdirdik".

Bu sözləri Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündən sonra keçirilən ortaq brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, nazirlər arasında görüş zamanı həmçinin, Əfqanıstan, terrorla mübarizə, bölgə və dünyada baş verən proseslər diqqət mərkəzində olub.

Nazir əlavə edib ki, Türkiyə Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Türkmənistanla Azərbaycan arasında qəbul edilən Anlaşma Memorandumundan çox məmnundur.