"Twitter" Azərbaycana qarşı yaradılan 35 erməni hesabını bloklayıb


Digərləri 23 Fev 2021 22:08:00 142 0

"Twitter" Azərbaycana qarşı yaradılan 35 erməni hesabını bloklayıb

"Twitter" sosial şəbəkəsi Rusiya, Ermənistan və İranla bağlı 373 hesabı platforma ilə manipulyasiya siyasətinin pozulmasına görə bloklayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Rusiya ilə əlaqəli 100, İranla əlaqəli 238 hesab bağlanıb.

Qeyd edilir ki, "Azərbaycanı hədəf etmək məqsədilə" yaradılan 35 erməni hesabı da sosial şəbəkənin siyasətini pozduğuna görə bloklanıb.