Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb FOTO


Siyasət 23 Fev 2021 22:09:00 70 0

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb  FOTO

23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü keçirilib.

XİN-dən Son.az-a verilən məlumata görə, hər iki tərəfdən geniş nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.

44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və yeni əməkdaşlıq imkanları, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və quruculuq prosesində qardaş Türkiyənin iştirak etməyə hazır olduğu bir daha vurğulanıb.

Bölgədə sülhün dayanıqlı olması üçün bu ilin 30 yanvar tarixində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi vurğulanıb.

İki qardaş ölkə arasında mövcud olan intensiv dialoqun bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyi qeyd olunub. Bu ilin 19 fevral tarixində Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası nəticəsində bütün sahələri əhatə edən 53 yeni fəaliyyət bəndinin qəbul edilməsinin ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisi olduğu vurğulanıb.

Nazirlər iki ölkə arasında şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız səfəri ilə bağlı imzalanan sənədin qüvvəyə minməsi ilə bağlı dövlətdaxili proseduraların yekunlaşdığını və qarşılıqlı nota mübadiləsindən sonra yaxın zamanlarda sənədin qüvvəyə minəcəyini məmnunluqla qeyd ediblər.

Tərəflər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

"Twitter" Azərbaycana qarşı yaradılan 35 erməni hesabını bloklayıb like
  • 23 Fev 22:08  
Digərləri "Twitter" Azərbaycana qarşı yaradılan 35 erməni hesabını bloklayıb

"Twitter" sosial şəbəkəsi Rusiya, Ermənistan və İranla bağlı

arrow Ətraflı
Marsda yaşamağı bacaran orqanizmlər tapılıb like
  • 23 Fev 22:01  
Digərləri Marsda yaşamağı bacaran orqanizmlər tapılıb

Almaniyadakı Bremen Universitetinin alimləri Mars planetinin atmosferi şərai

arrow Ətraflı
YouTube 2021ci ildə bu YENİLİKLƏRİ təqdim edəcək like
  • 23 Fev 21:55  
Digərləri YouTube 2021ci ildə bu YENİLİKLƏRİ təqdim edəcək

YouTube rəsmisi Neal Mohan bu il platformada istifadəyə veriləcək yeni xüs

arrow Ətraflı
Apple yeni Magsafe üzərində işləyir like
  • 23 Fev 21:50  
Digərləri Apple yeni Magsafe üzərində işləyir

Bloomberg-in  yayımladığı hesabata görə, Apple MagSafe sistemindən istif

arrow Ətraflı
Daxili tənəffüsün pozğunluqları like
  • 23 Fev 21:45  
Digərləri Daxili tənəffüsün pozğunluqları

Oksigenin ağciyərlərdən toxumalara daşınması, onun kapillyarlardan hücey

arrow Ətraflı
Kretinizm like
  • 23 Fev 21:40  
Digərləri Kretinizm

Qalxanabənzər vəzinin hipofunksiyası nəticəsində orqanizmdə maddələr m

arrow Ətraflı
Sklerokistoz yumurtalıqlar sindromu like
  • 23 Fev 21:30  
Digərləri Sklerokistoz yumurtalıqlar sindromu

Bu yumurtalıqlarda hormonların biosintezinin pozulması və nəticədə orqani

arrow Ətraflı
Ən populyar əməliyyat sistemləri məlum olub like
  • 23 Fev 21:20  
Digərləri Ən populyar əməliyyat sistemləri məlum olub

"IDC" agentliyinin hesabatına əsasən, "Windows" platforma

arrow Ətraflı
Dünya hərb tarixində inqilab: Azərbaycan baxışları dəyişdi like
  • 23 Fev 21:19  
Siyasət Dünya hərb tarixində inqilab: Azərbaycan baxışları dəyişdi

Azərbaycan 44 günlük Vətən müharibəsi və onun uğurlu nəticəsi ilə d

arrow Ətraflı
Xiaomi avtomobil istehsalına başlayacaq like
  • 23 Fev 21:10  
Digərləri Xiaomi avtomobil istehsalına başlayacaq

Smartfon, qulaqlıq, noutbuk, məişət texnikası kimi bir çox məhsulları is

arrow Ətraflı
"Ağıllı ev"lər hansı halda təhlükəli ola bilər? like
  • 23 Fev 21:01  
Digərləri "Ağıllı ev"lər hansı halda təhlükəli ola bilər?

Mütəxəssislərin fikrincə, "ağıllı ev" bazarında olan artım t

arrow Ətraflı
"Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..." like
  • 23 Fev 21:00  
Digərləri "Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..."

Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya al

arrow Ətraflı
Əhaliyə ŞAD XƏBƏR  Güzəştlə satılan like
  • 23 Fev 20:59  
Digərləri Əhaliyə ŞAD XƏBƏR Güzəştlə satılan

"Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən bax

arrow Ətraflı