YouTube 2021ci ildə bu YENİLİKLƏRİ təqdim edəcək


Digərləri 23 Fev 2021 21:55:00 152 0

YouTube 2021ci ildə bu YENİLİKLƏRİ təqdim edəcək

YouTube rəsmisi Neal Mohan bu il platformada istifadəyə veriləcək yeni xüsusiyyətləri açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, qısa video xüsusiyyəti dünya səviyyəsində gündəlik 3,5 milyarddan çox baxış əldə edə bilib.

Bu formatın beta versiyası ABŞ üçün mart ayından istifadəyə veriləcək.

YouTube video seqmentlərinin istifadəsini də genişləndirəcək. Çünki 2020-ci ildə platformada izləyiciləri bir kliklə izləmək istədikləri videonun müəyyən hissələrinə apararaq naviqasiyanı asanlaşdıran bölmələr təqdim edilib. YouTube tezliklə bu xüsusiyyəti daha aktual edəcək. Beləliklə, istifadəçi öz bölmələrini yaratmayıb yükləməsə də, əlaqəli videolara avtomatik bölmələr əlavə etmək mümkün olacaq.

YouTube TV yaxın gələcəkdə abunəçilərin proqramları 4K formatında izləməsinə və ya oflayn izləmək üçün DRV-ə yükləməsinə imkan verən əlavə seçim də təklif edəcək.