Xiaomi avtomobil istehsalına başlayacaq


Digərləri 23 Fev 2021 21:10:00 111 0

Xiaomi avtomobil istehsalına başlayacaq

Smartfon, qulaqlıq, noutbuk, məişət texnikası kimi bir çox məhsulları istehsal edən Xiaomi yeni sektora girməyə hazırlaşır. Şirkət öz avtomobilini istehsal etmək istəyir.

Son.az ted.az-a istinadən bildirir ki, şirkətin bu addımı strateji qərar kimi qiymətləndirirlər. Eyni zamanda bu qərarın zamanla dəyişə biləcəyi vurğulanır.

İddialara görə, Xiaomi-nin yeni avtomobil layihəsi CEO Lei Jun-un rəhbərliyi altında həyata keçiriləcək və bununla Xiaomi Tesla-ya rəqib olacaq. Şirkət bu layihəni həyata keçirə bilsə, Apple Car ilə avtomobil sənayesinə yeni  nəfəs gətirə biləcək.