Dünya hərb tarixində inqilab: Azərbaycan baxışları dəyişdi


Siyasət 23 Fev 2021 21:19:00 46 0

Dünya hərb tarixində inqilab: Azərbaycan baxışları dəyişdi

Azərbaycan 44 günlük Vətən müharibəsi və onun uğurlu nəticəsi ilə dünya hərb tarixində bir inqilab etdi. Qüdrətli Ordumuz həm yerli, həm də Türkiyə istehsallı pilotsuz uçuş aparatları (PUA) ilə yeni əsrin ən böyük tarixini yazdı. Təsadüfi deyil ki, hazırda bütün ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın bu müharibədəki təcrübəsini öyrənirlər. Çünki Azərbaycan dünya ölkələrinin hərb sənətinə baxışını köklü surətdə dəyişdi. Elə buna görədir ki, hazırda dünya ölkələri ilə yanaşı, beynəlxalq təşkilatlar da PUA sistemlərinin inkişafı üzərində layihələr hazırlayır, bunun üçün Azərbaycan və Türkiyədən dəstək istəyirlər.

Prezident İlham Əliyev hələ müharibə gedən ərəfədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində pilotsuz uşuş aparatlarının hərbi əməliyyatlarda rolundan danışarkən bildirdi ki, pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir: "Biz bir neçə "Qrad" qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya - həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir. Biz azı altı ədəd "S-300" zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir".

Dövlət başçısı, həmçinin vurğuladı ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdıran çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq.

"Bayraktar" - hərb tarixini dəyişdirəcək güc kimi

Son.az Trend-ə istinadən bildirir ki, bu gün həqiqətən də dövlət başçısının dediyi bütün sözlərin real həyatda tətbiqini görürük. Artıq ayrı-ayrı ölkələr PUA alışı və istehsalı istiqamətində konkret addımlar atmaqdadırlar. Xüsusən də Türkiyə istehsalı olan "Bayraktar"lara çox ciddi şəkildə tələbat yaranıb. Həmin PUA-ların istehsalını həyata keçirən "Baykar" şirkəti dünən rəsmi şəkildə açıqladı ki, 2020-ci ildə şirkət ümumilikdə 360 milyon dollar məbləğində PUA ixrac edib. Qeyd olunub ki, ötən il "Bayraktar" aparataları İkinci Qarabağ müharibəsində geniş istifadə olunub. Ermənistan ordusunun çoxlu sayda havadan müdafiə, radar sistemlərini, tank və zirehli texnikasını, silah anbarlarını, yük maşınlarını, mövqelərini və canlı qüvvəsini məhv edib.

"Azərbaycan Silahlı Qüvvələrinin bütün dünyanı heyrətləndirən bu uğuru hərbi ekspertlər tərəfindən "Bayraktar"ların hərb tarixini dəyişdirəcək gücə malik olması kimi dəyərləndirilib" - deyə, şirkətdən bildirilib.

Təsüdüfi deyil ki, bu günlərdə (21-25 fevral) Birləşmiş Ərəb Əmirliklərində IDEX-2021 adlı beynəlxalq silah sərgisi keçirilir. Bu sərginin əsas prioritetlərindən biri məhz pilotsuz uçuş aparatlarıdır. Rusiya kimi hərb sənayesi güclü olan bir ölkə də ilk zərbə PUA-sını məhz bu sərgidə təqdim edir. "Kronştadt" şirkətinin istehsalı olan "Orion-E" PUA-sı əsasən ixrac üçün nəzərdə tutulub. Aparat müxtəlif konfiqurasiyalı silahla təchiz oluna bilər. Yerüstü idarəetmə stansiyası PUA-ları həm kəşfiyyat, həm də zərbə məqsədilə idarə edir. "Orion-E" aparatının qanadlarının eni 16,3 metr, uçuş çəkisi 1000 kiloqramdır. 200 kiloqram yükqaldırma gücü olan aparatın uçuş müddəti 24 saat, döyüş radiusu 300 kilometrdir.

Rusiya KİV-i: Rus dronlarının artıq yeni bir dövrü başladı

Bu günlərdə Rusiyanın tanınmış xəbər portalı "vesti.ru"da dərc olunan bir reportajda qeyd olunur ki, indi Rusiya ordusu üçün kəşfiyyat və zərbə dronları prioritet vəzifələrdən biridir.

Reportajda vurğulanır ki, Qarabağdakı müharibə hücum dronları sayəsində qələbə qazanıldı: "Türkiyədə istehsal olunan təyyarələr Azərbaycana inamlı qələbə qazandırdı. "Bayraktar" döyüşlərin ilk həftələrində Dağlıq Qarabağın dağınıq hava müdafiəsini boğdu və demək olar ki, erməni zirehli maşınlarını məhv etdi". Məqalədə o da qeyd olunur ki, rus dronlarının artıq yeni bir dövrü başladı. Onlar tədricən qanadlarını açıb dövlətin milli maraqları üfüqündə yerlərini tuturlar... Məhz ikinci Qarabağ Müharibəsindən sonra Ukrayna da PUA-lara çox ciddi önəm verməyə başladı. Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Oleksiy Neizpapa, Ob il Ukrayna Hərbi Dəniz Qüvvələri həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək müasir imkanlara sahib pilotsuz uçuş aparatları kompleksi əldə edəcək. Onlar məhz "Baykar Makina" şirkəti tərəfindən istehsal olunan "Bayraktar TB2" pilotsuz uçuş aparatlarını alacaqlar.

Avropa Birliyindən PUA-lara bağlı yeni layihə

Bu arada, Avropa Birliyi (AB) pilotsuz təyyarələrə kosmik rabitəyə texnoloji yarışında irəliləmək üçün baxır. "Reuters" agentliyinin yazdığına görə, Avropa Komissiyası 27 ölkəyə blokun bu yeni sahələrdə rəqabət üstünlüyü əldə etməsini hədəf alan üç qabaqcıl layihəni - dron texnologiyaları, kosmik rabitə və kosmik trafik idarəçiliyini elan edib. Mülki, müdafiə və kosmik sənayelər arasında sinerji üzrə Fəaliyyət Planı adlandırılan bu planın məqsədi üç sektorda araşdırma və yenilikləri layihələr və digər təşəbbüslər üçün istifadə etməkdir.

AB icraçısı pilotsuz təyyarə layihəsinin güclü müdafiə ölçüsü ilə AB sənayesinin rəqabət qabiliyyətini gücləndirəcəyini, kosmik rabitənin isə Avropada kvant şifrələməyə əsaslanan möhkəm və yüksək sürətli əlaqə təmin edəcəyini deyib. Bildirilib ki, peyklərin və kosmik dağıntıların çoxalması nəticəsində meydana gələn toqquşmalardan qaçınmaq üçün kosmik trafik rəhbərliyi avtonom Aİ-nin kosmosa girişini təmin edir.

AB sənaye komissarı Sierri Breton layihələrin blokun digər ölkələrə güvənmək əvəzinə ayaq üstə durmasına kömək edəcəyini söyləyib: "Bu da kritik texnologiyalardakı asılılıqlarımızı azaldacaq və (koronavirus pandemiyası) böhranından qurtarmaq üçün sənaye rəhbərliyini gücləndirəcək".

Beləliklə, Azərbaycanın hərb sənayesi və tarixində etdiyi inqilab bütün dünyada pilotsuz uçuş aparatlarının əhəmiyyətini xeyli dərəcədə artırıb. Bundan başqa, İkinci Qarabağ Müharibəsi artıq ayrı-ayrı dövlətlər və təşkilatlar tərəfindən öyrənilməyə başlanılıb. Yaxın gələcəkdə Azərbaycanın bu tarixi Zəfəri bir çox tarix kitablarına salınacaq!

Xiaomi avtomobil istehsalına başlayacaq like
  • 23 Fev 21:10  
Digərləri Xiaomi avtomobil istehsalına başlayacaq

Smartfon, qulaqlıq, noutbuk, məişət texnikası kimi bir çox məhsulları is

arrow Ətraflı
"Ağıllı ev"lər hansı halda təhlükəli ola bilər? like
  • 23 Fev 21:01  
Digərləri "Ağıllı ev"lər hansı halda təhlükəli ola bilər?

Mütəxəssislərin fikrincə, "ağıllı ev" bazarında olan artım t

arrow Ətraflı
"Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..." like
  • 23 Fev 21:00  
Digərləri "Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..."

Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya al

arrow Ətraflı
Əhaliyə ŞAD XƏBƏR  Güzəştlə satılan like
  • 23 Fev 20:59  
Digərləri Əhaliyə ŞAD XƏBƏR Güzəştlə satılan

"Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən bax

arrow Ətraflı
İranda prezident seçkilərində izdihamın qarşısı belə alınacaq like
  • 23 Fev 20:58  
Dünya İranda prezident seçkilərində izdihamın qarşısı belə alınacaq

İranda prezident və şəhər-kənd islam şuraları (bələdiyyə) seçkiləri

arrow Ətraflı
Intel yeni prosessorlarını təqdim edəcəyi tarixi açıqladı like
  • 23 Fev 20:50  
Digərləri Intel yeni prosessorlarını təqdim edəcəyi tarixi açıqladı

Apple-ın  M1 prosessorlarından sonra Intel də rəqabətə tab gətirmək ü

arrow Ətraflı
Dərman mənşəli təzyiqin əmələ gəlməsi like
  • 23 Fev 20:45  
Digərləri Dərman mənşəli təzyiqin əmələ gəlməsi

Dərman mənşəli arterial təzyiqin əmələ gəlməsi simpatik stimulyasiya v

arrow Ətraflı
İntim əlaqənin dəhşətli adətləri like
  • 23 Fev 20:40  
Digərləri İntim əlaqənin dəhşətli adətləri

Bir çox əməllər vardır ki, onlar əksər ölkələrdə cinayət sayılır.

arrow Ətraflı
Rəng və naxışların harmoniyası  VİDEO like
  • 23 Fev 20:32  
Digərləri Rəng və naxışların harmoniyası VİDEO

Şəkidə dünyada məşhur olan kəlağayılar istehsal olunur.

arrow Ətraflı
Deafferentasiya sindromu like
  • 23 Fev 20:30  
Digərləri Deafferentasiya sindromu

Hissi sinirlər vasitəsilə mərkəzi sinir sisteminə gələn impulsların kə

arrow Ətraflı
Çin şirkəti uçan taksilərin kütləvi istehsalına başlamağa hazırlaşır like
  • 23 Fev 20:20  
Digərləri Çin şirkəti uçan taksilərin kütləvi istehsalına başlamağa hazırlaşır

Uçan taksi və digər dronların hazırlanması ilə məşğul olan Çinin &quo

arrow Ətraflı
Prezident İlham Əliyev Gürcüstanın yeni Baş nazirini təbrik edib like
  • 23 Fev 20:17  
Siyasət Prezident İlham Əliyev Gürcüstanın yeni Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə təb

arrow Ətraflı
Bakıda meyiti tapılan tələbə dünən onlayn dərsdə iştirak edib  FOTO like
  • 23 Fev 20:16  
Digərləri Bakıda meyiti tapılan tələbə dünən onlayn dərsdə iştirak edib FOTO

Azərbaycan Texniki Universiteti Bakıda dəm qazından boğulan tələbə ilə

arrow Ətraflı