Google Pay və Samsung ödənişləri kriptovalyuta ilə qəbul edəcək


Digərləri 23 Fev 2021 20:01:00 120 0

Google Pay və Samsung ödənişləri kriptovalyuta ilə qəbul edəcək

Kriptovalyutalar artıq Google Pay və Samsung Pay-ə daxil edilə bilər.

Son.az ted.az-a istinadən bildirir ki, Google Pay və Samsung Pay tezliklə Bitcoinlə yanaşı, digər kriptovalyutalarla edilən ödənişləri də qəbul edəcəklər. Digər məlumata görə, bu platformalar kriptovalyuta ödənişlərini 2021-ci ilin mart ayından tətbiq edəcək.

Hər iki platformadakı istifadəçilər BitPay kriptovalyuta kartlarından yararlana biləcəklər. Xidmətdə dəstəklənən kriptovalyutalara Bitcoin, Bitcoin Cash, BUSD, Ether, PAX, USDC və GUSD daxil olacaq.

Qeyd edək ki, təfərrüatlar açıqlanmasa da, Apple Pay-in də bu metodu tətbiq etməsi gözlənilir.