Intel yeni prosessorlarını təqdim edəcəyi tarixi açıqladı


Digərləri 23 Fev 2021 20:50:00 133 0

Intel yeni prosessorlarını təqdim edəcəyi tarixi açıqladı

Apple-ın  M1 prosessorlarından sonra Intel də rəqabətə tab gətirmək üçün bazara yeni məhsulunu çıxaracaq.

Son.az ted.az-a istinadən bildirir ki, Intel 3-cü rübdə yeni prosessorlarını təqdim etməyi planlaşdırır. Şirkətin 12-ci nəsil prosessorları performansın əhəmiyyətli şəkildə artırılmasına səbəb ola bilər. Intel-in CES 2021 təqdimatında ortaya çıxan məlumata görə, 12-ci Nəsil Alder Lake-in 2021-ci ilin sentyabrında çıxacağı proqnozlaşdırılır.

Alder Lake; Yüksək performanslı Golden Cove və Atom nüvələrinin birləşməsindən istifadə edərək hibrid arxitekturaya sahib olacaq. Yeni məhsul Gracemont nüvələri sayəsində enerji səmərəliliyini 15% daha yaxşı təmin edəcək. Həmçinin Alder Lake-in 16 nüvəli prosessorunun, Intel-in 11-ci nəsil mobil prosessoru Tiger Lake ilə müqayisədə 20%-ə qədər IPC qazancı təmin edəcəyi gözlənilir.

Mövcud avadanlıqlarını Alder Lake-ə yüksəltmək istəyənlərin isə yeni karta ehtiyacı olacaq. Çünki məhsul yeni LGA 1700 portundan istifadə edir. Bu isə PCI Express 5.0 standart dəstəyi, DDR5 yaddaş, yeni Thunderbolt və Wi-Fi dəstəyi kimi yeni xüsusiyyətləri də əhatə edir.