Azərbaycanın haqq işinə güclü dəstək: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi erməni cinayətlərinə susmadı


Siyasət 23 Fev 2021 20:14:00 57 0

Azərbaycanın haqq işinə güclü dəstək: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi erməni cinayətlərinə susmadı

2021-ci il Azərbaycanda "Nizami ili"dir. Məhz belə bir ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəallığı ayrıca qeyd edilməlidir. Xüsusən də ötən il Azərbaycanın Vətən müharibəsi vaxtı və müharibədən sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın ərazi bütövlüyünə və haqq işinə güclü dəstək verdi. Bununla belə, Mərkəz erməni terroruna, onun müharibə cinayətlərinə qarşı susmayan əsas beynəlxalq təşkilatlardan biri idi.

Elə Vətən müharibəsi günlərində - oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ardıcıl raket zərbələri endirməsini, nəticədə mülki insanların ölməsi və infrastrukturun dağılmasını pisləyən ilk təşkilatlardan biri də məhz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olub.

Həmin terror hadisəsindən dərhal sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq dəstəklərini ifadə etdilər. Onların həmin məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Biz hazırda Azərbaycandakı vəziyyəti böyük narahatlıqla izləyirik. Tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur. Biz kənar qüvvənin beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkənizin ərazisini işğal etməsi və beynəlxalq təşkilatların buna lazımi reaksiya göstərməməsi ilə bağlı məyusluğun nə olduğunu Ukraynada yaxşı başa düşürük.

Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təbliğat işlərinin aparılması məqsədilə lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrlərimiz və baş katibimizlə sıx əməkdaşlıq edirik. Ölkəniz və xalqınız üçün dua edirik".

Həm müharibə vaxtı, həm də ondan sonrakı günlərdə də Azərbaycanın dövlət başçısına Mərkəz həmsədrlərindən və üzvlərindən bunun kimi onlarla məktub ünvanlandı.

Bu gün isə Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul etməsi bir daha onu göstərdi ki, Mərkəzlə əlaqələr qarşılıqlı etimada əsaslanır. Dövlət başçısı özü də daim Azərbaycanı dəstəklədiyi üçün həmsədr İsmail Serageldinə minnətdarlığını bildirdi.

"Sizə, xanım həmsədr Vayra Vike-Freyberqaya və Mərkəzin İdarə Heyətinin digər üzvlərinə Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar mənə ünvanlanmış səmimi məktublarınıza görə minnətdarlığımı ifadə etmək istərdim. Sizin müharibə vaxtı və müharibədən sonra dəstək məktublarınız, Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniz ölkəmizdə yüksək qiymətləndirilir. Mən torpaqlarımızın azad edilməsi işinə bu çox açıq, səmimi, ədalətli yanaşmaya görə olduqca minnətdaram" - deyə, Prezident İlham Əliyev vurğuladı.

Dövlət başçısı, həmçinin qeyd etdi ki, regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır: "Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz. Ümid edirəm ki, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir".

Dövlət başçısının bu çıxışından belə qənaətə gəlmək olar ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə azad edilmiş ərazilərdə dağıntıların miqyası ilə tanış olmaq üçün geniş imkanlar yaradılacaq. Əlbəttə ki, bütün bunlar Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün mühüm əhəmiyyətə malikdir.

Bu kontekstdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin sözləri də diqqət çəkir: "Mən İdarə Heyətindəki həmkarlarımla ziyarətetmə zərurəti olmadan Sizin dinindən asılı olmayaraq, bütün tarixi abidələrin tərəfinizdən qorunmasına dair möhtəşəm bəyanatınızla bağlı videoformatda xüsusi tədbirin keçirilməsi məsələsini müzakirə edirdim. Hesab edirəm ki, bu, çox mühüm məsələdir və biz UNESCO, Dünya Abidələr Fondu kimi təşkilatları, mədəni irsin qorumasına cəlb olunmuş təşkilatları dəvət etməklə bu məsələni daha yaxşı qabarda bilərik və Sizin bəyanatınızla bağlı onları müzakirələrə cəlb edə bilərik. Çünki bu, insanların qalibin nəinki təkcə möhtəşəm olduğunu, eyni zamanda, Siz də dediyiniz kimi, regionda sülhü təşviq etmək məqsədilə yeni səhifə açmaq istədiyini söyləməsi üçün bir nümunə ola bilər. Bu məsələni həll etməyin bir yolu mədəni irs məsələləri ola bilər. Bunlar da bütün tərəflərdə maraq oyatmaq üçün bəzi insanlar tərəfindən istifadə edilə bilən məsələlərdir. Beləliklə, Siz bu mühüm bəyanatı verməklə bunun qarşısını aldınız və hesab edirəm ki, biz bununla bağlı tədbir keçirə bilərik. İlk növbədə, mən həqiqətən də Sizi bu tarixi nailiyyət münasibətilə təbrik etmək istəyirəm. Bu, tarixi nailiyyət hətta Sizin dahi atanız Heydər Əliyev üçün belə mümkün olmamışdı. Lakin onun dahi oğlu bunu edə bildi. Bu, həqiqətən də böyük nailiyyətdir".

Belələliklə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ədalətli və səmərəli fəaliyyəti ilə həm "Nizami ili"nə, həm də Azərbaycanla əməkdaşlığına layiqli töhfə vermiş olacaq.

Oğurluğun yeni məkanı: İnstaqram hekayələri like
  • 23 Fev 20:10  
Digərləri Oğurluğun yeni məkanı: İnstaqram hekayələri

Ən çox istifadə edilən sosial media platformalarından biri  İnstaqram oğ

arrow Ətraflı
Evdə meyiti tapılanlardan biri bu universitetin tələbəsidir  FOTO like
  • 23 Fev 20:02  
Digərləri Evdə meyiti tapılanlardan biri bu universitetin tələbəsidir FOTO

Bu gün Bakıda yaşayış evində meyiti aşkarlanan beş nəfərdən biri Azə

arrow Ətraflı
Google Pay və Samsung ödənişləri kriptovalyuta ilə qəbul edəcək like
  • 23 Fev 20:01  
Digərləri Google Pay və Samsung ödənişləri kriptovalyuta ilə qəbul edəcək

Kriptovalyutalar artıq Google Pay və Samsung Pay-ə daxil edilə bilər.

arrow Ətraflı
Apple 6G şəbəkəsini inkişaf etdirəcək əməkdaşlar axtarır like
  • 23 Fev 19:55  
Digərləri Apple 6G şəbəkəsini inkişaf etdirəcək əməkdaşlar axtarır

Amerikanın Apple şirkəti altıncı nəsil rabitə şəbəkəsini inkişaf etd

arrow Ətraflı
Kanadadakı Azərbaycan məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd edilib like
  • 23 Fev 19:54  
Siyasət Kanadadakı Azərbaycan məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd edilib

Kanadada fəaliyyət göstərən Azərbaycan dili məktəblərində 21 fevral -

arrow Ətraflı
Azad Qarabağda ilk su çərşənbəsi like
  • 23 Fev 19:51  
Digərləri Azad Qarabağda ilk su çərşənbəsi

Uzun illər sonra Qarabağda ilk su çərşənbəsi qeyd olunur.

arrow Ətraflı
Tvitter BU MƏMURLARA dövlət hesabı etiketi verdi like
  • 23 Fev 19:50  
Digərləri Tvitter BU MƏMURLARA dövlət hesabı etiketi verdi

Tvitter "dövlət tərəfindən dəstəklənən hesablar" etiketləmə

arrow Ətraflı
Evimizdəki təhlükə like
  • 23 Fev 19:45  
Digərləri Evimizdəki təhlükə

Nyu-York ştatının Stouni-Bruk universitetinin alimləri elektrik lampaların

arrow Ətraflı
Sinir liflərinin nəqletmə qabiliyyətinin pozulması like
  • 23 Fev 19:40  
Digərləri Sinir liflərinin nəqletmə qabiliyyətinin pozulması

Sinir liflərinin zədələnməsinin əsas əlaməti qıcıqların nəql edilmə

arrow Ətraflı
Patoloji immun fenomenləri like
  • 23 Fev 19:30  
Digərləri Patoloji immun fenomenləri

Beyində əsas sinir mərkəzləri arasında olan qarşılıqlı münasibətlər

arrow Ətraflı
Ətli, tərəvəzli sulu yemək resepti  VİDEO like
  • 23 Fev 19:28  
Digərləri Ətli, tərəvəzli sulu yemək resepti VİDEO

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb like
  • 23 Fev 19:25  
Siyasət Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşüb.

arrow Ətraflı
BDUnun professoru vəfat etdi like
  • 23 Fev 19:24  
Digərləri BDUnun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin professoru vəfat edib.

arrow Ətraflı
Hər bir uşağına görə dayəsinə 24 min avro pul ödəyir  FOTO like
  • 23 Fev 19:23  
Digərləri Hər bir uşağına görə dayəsinə 24 min avro pul ödəyir FOTO

Türkiyədə qaçaqmalçılıqla məşğul olan Qalip Öztürkün həyatı medi

arrow Ətraflı
Şəhid anası itkin düşüb like
  • 23 Fev 19:16  
Digərləri Şəhid anası itkin düşüb

Birinci Qarabağ Müharibəsində şəhid olan Rövşən Əliyevin anası Adilə

arrow Ətraflı