Xəstəxana işçilərinin etirazına


Digərləri 23 Fev 2021 18:46:00 35 0

Xəstəxana işçilərinin etirazına

FHN-nin Modul Tipli Xəstəxanası açılandan müqavilə ilə burada çalışırıq. Dekabr ayından bəri maaş ala bilmirik. Bizi işə götürəndə bağlanan müqavilənin şərtlərinə indiyə kimi əməl olunmayıb, maaşlarımızdan hər ay qeyri-rəsmi olaraq 60 manat tutulub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddia ilə Meydan TV-yə FHN-nin Modul Tipli Xəstəxanasına koronavirusla əlaqədar xidməti müqavilə ilə işə cəlb olunan bir qrup əməkdaşı müraciət edib.

Onlar iddia edirlər ki, həftədə 40 saat işləməli olduqları halda, dörd aydır istirahətsiz çalışıblar.

Xəstəxanada porter vəzifəsində çalışan Orxan Bağırovun sözlərinə görə, indiyə qədər heç bir əlavə ödəniş almayıb:

"İyulun 10-dan burada çalışıram, 22-də müqavilə bağlanılıb. Müqavilədə iş saatları xüsusi ağır olduğuna görə dörd saat müəyyənləşdirilib. Lakin biz göstəriləndən artıq - səkkiz saat, istirahət saatında da işləmişik. Amma heç bir ödəniş olunmayıb.

İstirahət günləri müqavilədə öz əksini tapsa da, heç birinə əməl olunmur. Biz burada canımızı qoymuşuq. Rəhbərlik bizə heç bir məlumat vermir. Xüsusi riskli işdə işləsək də, tibbi sığortamız olmayıb.

İşçiləri əsassız şəkildə, maaş vermədən işdən çıxarırlar. Heç bir əsas gətirilmir. Bizi dinləyən yoxdur. Aylıq 1102 manat almalı idik, lakin 1000 manat alırdıq. 102 manat - 60 manat DSMF-yə və 60 manat qeyri-rəsmi olaraq əməkhaqqımızdan çıxılırdı".

Digər bir şikayətçi Firuz Əlixanov da müqavilədəki şərtlərdən fərqli olaraq, onlara istirahət günü verilmədiyini deyir:

"Ayda bir dəfə öz hesabıma icazə almışam, istirahətsiz işləmişəm. Müqavilədə göstəriləndən artıq çalışmışam. Yanvarın 6-dan etibarən pandemiya zəiflədiyinə görə bizi öz hesabımıza bir aylıq məzuniyyətə göndəriblər. Deyiblər ki, şikayət etsəniz, geri çağırılmayacaqsınız. Şikayət etdiyimə görə mənə xəbər göndəriblər ki, əşyaları təhvil verim".

İşçilər qeyd ediblər ki, Xidmət dəstəyi qrupunun rəhbəri Rüfət Vəliyev işçilərə bildirib ki, müqaviləni bir halda saxlamaq olar ki, maaşların 50 faizi ona verilsin.

FHN-nin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva isə iddialara cavab olaraq vurğulayıb ki, büdcə məsələləri ilə bağlı toplantı keçirilib, büdcə açılacaq və problem tezliklə öz həllini tapacaq:

"Büdcə məsələləri müzakirə olunub. Yaxın zamanda büdcə açılacaq və müqavilə imzalamış bütün əməkdaşların əməkhaqları ödənəcək. Büdcənin açılması qısa zamanda öz həllini tapacaq".

G.Mehdiyevanın sözlərinə görə, xəstəxanada müqavilədən kənar fəaliyyət göstərilməyib:

"Bu, heç fiziki olaraq da mümkün deyil, çünki xəstəxanada növbəli iş sistemidir. İşdən xəbərdarlıqsız çıxarılma mümkün deyil. Hər şey qanuna uyğun aparılıb. Onlar müqavilə əsasında fəaliyyət göstəriblər. Müqavilə yenilənə və yenilənməyə bilər".

Lökbatanda “Abad məhəllə” sakinlərin istifadəsinə verilib  FOTO like
  • 23 Fev 18:44  
Digərləri Lökbatanda “Abad məhəllə” sakinlərin istifadəsinə verilib FOTO

Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və sə

arrow Ətraflı
374 hotel yoxlanılıb, 213 cərimə tətbiq edilib like
  • 23 Fev 18:39  
Digərləri 374 hotel yoxlanılıb, 213 cərimə tətbiq edilib

2020-ci ilin avqustun 24-dən 2021-ci ilin fevralın 21-dək müvafiq qurumlar t

arrow Ətraflı
Ən yüksək yoluxma yenə Binəqədidədir like
  • 23 Fev 18:38  
Digərləri Ən yüksək yoluxma yenə Binəqədidədir

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

arrow Ətraflı
Ərdoğan Ceyhun Bayramovu qəbul edib like
  • 23 Fev 18:33  
Siyasət Ərdoğan Ceyhun Bayramovu qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Azər

arrow Ətraflı
İranda ötən sutka koronavirusdan 91 nəfər ölüb like
  • 23 Fev 18:32  
Dünya İranda ötən sutka koronavirusdan 91 nəfər ölüb

İranda ötən sutka ərzində 91 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı
“DOST” mərkəzləri 300 mininci vətəndaşa xidmət göstərib  FOTO like
  • 23 Fev 18:30  
Digərləri “DOST” mərkəzləri 300 mininci vətəndaşa xidmət göstərib FOTO

Bu gün "DOST" mərkəzlərində 300 000-ci vətəndaş müraciəti qe

arrow Ətraflı
Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib  FOTO  VİDEO like
  • 23 Fev 18:28  
Digərləri Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib FOTO VİDEO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda

arrow Ətraflı
"İki oğlan məni dartırdı və o biri qapını saxlayırdı, qalanı videodan görünür" like
  • 23 Fev 18:18  
Dünya "İki oğlan məni dartırdı və o biri qapını saxlayırdı, qalanı videodan görünür"

Rusiyada birinci kurs tələbələrinin həyata keçiridiyi zorlanma hadisəsini

arrow Ətraflı
Media nümayəndələri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar  FOTO like
  • 23 Fev 18:17  
Digərləri Media nümayəndələri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar FOTO

Media nümayəndələri üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə tan

arrow Ətraflı
"Yasak elma" bu səhnəsi ilə gecəyə "damğa vurdu"  VİDEO  FOTO like
  • 23 Fev 18:00  
Digərləri "Yasak elma" bu səhnəsi ilə gecəyə "damğa vurdu" VİDEO FOTO

Erotik səhnələri ilə yayımlandığı kanala dəfələrlə problem yaradan &

arrow Ətraflı
İlon Mask bir gündə 15 milyard dollar pul itirdi like
  • 23 Fev 17:27  
Dünya İlon Mask bir gündə 15 milyard dollar pul itirdi

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask s

arrow Ətraflı
Ermənilər müdafiə zolağının “açıq” qalan hər qarışını minalayıblar like
  • 23 Fev 17:26  
Siyasət Ermənilər müdafiə zolağının “açıq” qalan hər qarışını minalayıblar

Minalanmış sahələrin xəritələrinin və sxemlərinin Azərbaycana verilmə

arrow Ətraflı
BNAdan hava like
  • 23 Fev 17:23  
Digərləri BNAdan hava

Bakı Nəqliyyat Agentliyi hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəb

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 23 Fev 17:22  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
Azərbaycana 4 kiloqram narkotik keçirən şəxs saxlanıldı like
  • 23 Fev 17:20  
Kriminal Azərbaycana 4 kiloqram narkotik keçirən şəxs saxlanıldı

Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz

arrow Ətraflı