Rotterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb FOTO
Siyasət 23 Fev 2021 18:50:00 51 0
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş sərgi təşkil edilib.
Bu xəbəri də oxu: Qarabağ hazırda "Böyük Qayıdış" bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir
Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, sərgi çərçivəsində BAK-ın idarə heyətinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rotterdam şəhərinin mərkəzində yerləşən "Qarabağ" idman klubunda gerçəkləşdirilən sərginin əsas ekspozisiyalarını Niderlandda yaşayan rəssamlar Vəfa Rüstəmova və Rasim Hüseynovun Xocalı soyqırımına həsr olunmuş sənət əsərləri təşkil edir. Bu rəsm əsərləri indiyədək Niderlandın bir çox sərgi və qalereyalarında təqdim olunub və yerli sənətsevərlərdə böyük maraq doğurub. Sərgidə həmçinin Azərbaycanın Niderlanddakı səfirliyinin təqdim etdiyi fotomateriallar, kitablar, Rotterdam həftəsonu məktəbinin şagirdləri və Haarlemdəki "Körpə fidanlar" teatrının uşaq qrupu tərəfindən çəkilən rəsmlər nümayiş etdirilir.
Pandemiya məhdudiyyətlərinə baxmayaraq, sərgi yerli sakinlərdə maraq doğurub. Sərgiyə gələn niderlandlılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib və erməni terrorundan bəhs edən kitablar hədiyyə edilib. Qeyd edilib ki, erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdikləri vandalizm və soyqırımı aktı xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Sərgi iki həftə davam edəcək.
Vətən müharibəsində evi tam dağıdılmış və qəzalı vəziyyətə düş

Qubadlı rayonunun Hal kəndindən videogörüntülər yayılıb.

FHN-nin Modul Tipli Xəstəxanası açılandan müqavilə ilə burada çalışı

Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və sə

2020-ci ilin avqustun 24-dən 2021-ci ilin fevralın 21-dək müvafiq qurumlar t

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Azər

İranda ötən sutka ərzində 91 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bu gün "DOST" mərkəzlərində 300 000-ci vətəndaş müraciəti qe

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda

Rusiyada birinci kurs tələbələrinin həyata keçiridiyi zorlanma hadisəsini

Media nümayəndələri üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə tan

Erotik səhnələri ilə yayımlandığı kanala dəfələrlə problem yaradan &

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask s

Minalanmış sahələrin xəritələrinin və sxemlərinin Azərbaycana verilmə
