Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir


Siyasət 23 Fev 2021 19:03:00 66 0

Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir

Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olan Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla, yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. Erməni quldurlarının, terrorçularının amansız vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar, 70 nəfəri isə qocalar idi. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.

Azərbaycan tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən, qədim mədəniyyətə, çoxsaylı tarixi-mədəni abidələrə malik olan Xocalı şəhəri sözün əsl mənasında erməni vandalları tərəfindən xarabalığa çevrildi. Şəhərdə 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı, bu torpaqlarda azərbaycanlılara aid olan bütün izlər silindi.

Əslində Azərbaycan xalqı son 200 il ərzində, o cümlədən sovet dönəmində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qoyulub. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. O cümlədən Xocalı faciəsi son iki əsrdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi kimi öz təzahürünü tapıb.

Ulu öndər Heydər Əliyev Xocalı faciəsi barədə deyib: "Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Məhz ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Həmçinin ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Bütün bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın terrorçuluğu dəstəkləyən və faşizmi təbliğ edən dövlət kimi qəbul edilməsi istiqamətində məqsədyönlü iş aparıb. Dövlət başçımızın səyləri nəticəsində son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının xatirəsi anılır, tədbirlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu nəşrlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bu gün dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin şəkildə pisləyirlər.

Bəli, Xocalı soyqırımı hər bir azərbaycanlının qəlbində dərin iz salmış qanlı bir yaradır. Lakin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu yaranı vuran əli artıq kəsmişdir. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları geri aldı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Lakin Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik "böyük ermənistan" ideyası sadəcə Azərbaycan üçün deyil, həm bütün region ölkələri üçün əsil təhlükə idi. Amma Azərbaycanın dəmir yumruğu bu təhlükənin qarşısını almaq üçün ən yetərli arqumentdir.

Erməni faşistləri artıq ikinci Qarabağ Müharibəsinin nəticələrindən ibrət götürməli və bundan sonra əllərinin ardınca başlarından da məhrum olmaq istəmirlərsə, özgəsinin torpaqlarına tamah salmaqdan və ən əsası da terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər.

Səttar Möhbalıyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Trend

Azərbaycanda yoluxma ən çox hansı bölgədədir? like
  • 23 Fev 19:02  
Digərləri Azərbaycanda yoluxma ən çox hansı bölgədədir?

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

arrow Ətraflı
Rusiya və Gürcüstanı birləşdirən yol yenidən bağlandı like
  • 23 Fev 19:01  
Dünya Rusiya və Gürcüstanı birləşdirən yol yenidən bağlandı

Gürcüstan və Rusiyanı bağlayan Yuxarı Lars yolunda hərəkət tam məhdudl

arrow Ətraflı
Bir gündə 2,5 milyon bəyənmə like
  • 23 Fev 18:55  
Digərləri Bir gündə 2,5 milyon bəyənmə

Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçus

arrow Ətraflı
Rotterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb  FOTO like
  • 23 Fev 18:50  
Siyasət Rotterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb FOTO

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları K

arrow Ətraflı
Vətən müharibəsində zərər çəkmiş daha 5 min ailəyə yardım veriləcək like
  • 23 Fev 18:49  
Digərləri Vətən müharibəsində zərər çəkmiş daha 5 min ailəyə yardım veriləcək

Vətən müharibəsində evi tam dağıdılmış və qəzalı vəziyyətə düş

arrow Ətraflı
Qubadlı rayonunun Hal kəndi  VİDEO  FOTO like
  • 23 Fev 18:48  
Digərləri Qubadlı rayonunun Hal kəndi VİDEO FOTO

Qubadlı rayonunun Hal kəndindən videogörüntülər yayılıb.

arrow Ətraflı
Xəstəxana işçilərinin etirazına like
  • 23 Fev 18:46  
Digərləri Xəstəxana işçilərinin etirazına

FHN-nin Modul Tipli Xəstəxanası açılandan müqavilə ilə burada çalışı

arrow Ətraflı
Lökbatanda “Abad məhəllə” sakinlərin istifadəsinə verilib  FOTO like
  • 23 Fev 18:44  
Digərləri Lökbatanda “Abad məhəllə” sakinlərin istifadəsinə verilib FOTO

Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və sə

arrow Ətraflı
374 hotel yoxlanılıb, 213 cərimə tətbiq edilib like
  • 23 Fev 18:39  
Digərləri 374 hotel yoxlanılıb, 213 cərimə tətbiq edilib

2020-ci ilin avqustun 24-dən 2021-ci ilin fevralın 21-dək müvafiq qurumlar t

arrow Ətraflı
Ən yüksək yoluxma yenə Binəqədidədir like
  • 23 Fev 18:38  
Digərləri Ən yüksək yoluxma yenə Binəqədidədir

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

arrow Ətraflı
Ərdoğan Ceyhun Bayramovu qəbul edib like
  • 23 Fev 18:33  
Siyasət Ərdoğan Ceyhun Bayramovu qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Azər

arrow Ətraflı
İranda ötən sutka koronavirusdan 91 nəfər ölüb like
  • 23 Fev 18:32  
Dünya İranda ötən sutka koronavirusdan 91 nəfər ölüb

İranda ötən sutka ərzində 91 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı
“DOST” mərkəzləri 300 mininci vətəndaşa xidmət göstərib  FOTO like
  • 23 Fev 18:30  
Digərləri “DOST” mərkəzləri 300 mininci vətəndaşa xidmət göstərib FOTO

Bu gün "DOST" mərkəzlərində 300 000-ci vətəndaş müraciəti qe

arrow Ətraflı
Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib  FOTO  VİDEO like
  • 23 Fev 18:28  
Digərləri Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib FOTO VİDEO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda

arrow Ətraflı
"İki oğlan məni dartırdı və o biri qapını saxlayırdı, qalanı videodan görünür" like
  • 23 Fev 18:18  
Dünya "İki oğlan məni dartırdı və o biri qapını saxlayırdı, qalanı videodan görünür"

Rusiyada birinci kurs tələbələrinin həyata keçiridiyi zorlanma hadisəsini

arrow Ətraflı