Azərbaycan və Monqolustan arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Siyasət 23 Fev 2021 17:12:00 41 0
23 fevral 2021-ci il tarixində video konfrans şəklində Azərbaycan və Monqolustan Xarici Işlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirildi.
Bu xəbəri də oxu: XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
Azərbaycan Respublikasının xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Monqolustan xarici işlər nazirinin müavini Minxjin Batsumber iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu oldu.
Azərbaycan xarici işlər nazirinin müavini bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, üçtərəfli bəyanatlardan irəli gələn tədbirlərin həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verdi.
Görüşdə tərəflər Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı və bu xüsusda bir sıra təkliflər irəli sürüldü.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin inkişaf etdirilməsinin, o cümlədən kənd təsərrüfatı, xalçaçılıq, baytarlıq və digər istiqamətlər üzrə əməkdaşlığın, hüquq müqavilə bazasının möhkəmləndirilməsi üzrə işlərinin aparılmasının əhəmiyyətini qeyd edildi.
Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi vacibliyini xüsusi vurğulandı.
Bu gün Ankaranın Kızılcahamam rayonunda yerləşən "Xocalı Abidəsi v

2021-ci ilin döyüş hazırlığı planına əsasən minaatan batareyaların he

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əm

Cari ilin 6-7 mart tarixlərində respublika üzrə Bakı şəhəri daxil olmaql

Oğlumun 25 yaşı var. Birlikdə harasa gediriksə, mənə irad tutur.

Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə

Biz heç vaxt olmadığı kimi indi beynəlxalq birliyin həqiqəti bilməsini i

"Ağdərəni niyə almadıq?" iradla soruşanlara aydınlıq gətirə

Xatırladığınız kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi foruml

Azərbaycan öz öhdəliklərinə sadiqdir.

Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ölkənin B

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2021-ci ilin ya

Hidrometeroloji proqnozlara əsasən qarşıdakı bir neçə gün ərzində ölk

Sumqayıtda küçədən tapılan meyitin avtomobillə vurulduğu müəyyən edil

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb
