Elektron siqaretlər çəkənlərə


Digərləri 23 Fev 2021 17:13:00 167 0

Elektron siqaretlər çəkənlərə

Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri 20 manatdan 100 manata qaldırılır.

Son.az sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Deputatlar qanun layihəsinə münasibətdə fərqli yanaşma sərgiləməyib.