İlon Mask bir gündə 15 milyard dollar pul itirdi


Dünya 23 Fev 2021 17:27:00 124 0

İlon Mask bir gündə 15 milyard dollar pul itirdi

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask son sutka ərzində 15 milyard dollardan çox vəsait itirib.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb "Tesla" şirkətinin səhmlərinin kəskin ucuzlaşması olub.

Qeyd olunur ki, İ.Maskın sərvəti 15,2 milyard azalaraq 183 milyard dollara düşüb.

Hazırda İ.Mask dünyanın ən zəngin şəxsləri siyahısında "Amazon"un rəhbəri Ceff Bezosdan sonra ikinci yerdədir.