Soydaşlarımız Kanadanın Baş nazirini Xocalı soyqırımını tanımağa çağırıb FOTO
Siyasət 23 Fev 2021 16:34:00 64 0
Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ölkənin Baş naziri Castin Trüdonu 29 il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımını tanımağa çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, Tamella Severcanın rəhbərlik etdiyi Mərkəzin adından Castin Trüdoya ünvanlanan məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək, dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Xüsusi amansızlıq və qəddarlıqla həyata keçirilən kütləvi qırğın nəticəsində 613 dinc sakin (aralarında qadın, uşaq və qocalar olmaqla) öldürülüb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
Müraciətdə bildirilib ki, Kanadada yaşayan azərbaycanlı icması hər ilin fevralında bir araya gələrək Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini böyük kədərlə yad edirlər. Soydaşlarımız Baş naziri də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram göstərməyə çağırıblar.
Qeyd edək ki, eyni məzmunlu məktub Kanadanın Vankuver, Delta, Bernabi, Riçmond, Surrey, Lanqley və Şimali Vankuver şəhərlərinin merlərinə də göndərilib.
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2021-ci ilin ya

Hidrometeroloji proqnozlara əsasən qarşıdakı bir neçə gün ərzində ölk

Sumqayıtda küçədən tapılan meyitin avtomobillə vurulduğu müəyyən edil

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

Əfsanəvi təbiəti, bir-birindən gözəl istirahət guşələri ilə tanınan

Cənubi Qafqazda sülh və bölgənin inkişafı üçün fürsət yaranıb, bizi

"Əmək Məcəlləsinə" edilən dəyişikliklər qeyri-formal məşğ

Əfqanıstanda ötən il sülh danışıqları başlayandan bəri mülki itkilə

Hazırda dünyada ən uğurlu peyvəndləmə aparan ölkə Türkiyədir.

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Türkiyə Türkmənistan neft və qazının bu ölkə vasitəsilə Avropaya nəq

Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya v

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində 5 nəfərin fərdi yaşayış

Baş Prokurorluq Bakıda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29
