Xocalı soyqırımına həsr olunmuş ağacəkmə aksiyası keçirilib FOTO


Digərləri 23 Fev 2021 16:15:00 157 0

Xocalı soyqırımına həsr olunmuş ağacəkmə aksiyası keçirilib  FOTO

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Sumqayıt İcra Hakimiyyətindən Son.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Sumqayıt şəhərinin müxtəlif küçə və prospektlərində 613 ədəd şam, göyrüş, sərv, akasiya və meyvə ağacları əkilib.

Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və şəhərdə məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.