Xocalı soyqırımı Pakistanda yad edilib FOTO


Siyasət 23 Fev 2021 15:47:00 58 0

Xocalı soyqırımı Pakistanda yad edilib  FOTO

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi, bu ölkənin ixtisaslaşmış beyin mərkəzlərindən olan Münaqişənin Həlli İnstitutunun həmkarlığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olnmuş "Bombardmanlar, Qətliamlar, Soyqırımlar. İnsanlığa qarşı cinayətlər" adlı seminar təşkil edib.

Səfirlikdən Son.az-a verilən məlumata görə, Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə Parlament Komitəsinin sədri Şəhriyar Afridinin ali qonaq kimi təşrif buyurduğu "Bombardımanlar, Qətliamlar, Soyqırımlar. İnsanlığa qarşı cinayətlər" adlı seminarda Münaqişənin Həlli İnstitutunun rəhbəri Sabah Aslam, müdafiə üzrə analitik, ehtiyyatda olan general-leytenant Amjad Şoaib, Kayde Azam Üniversitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Dr. Səlma Malik, Pakistanın bir sıra millət vəkilləri, diplomatlar, gənclər və üniversitet tələbələri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən, soyqırımı qurbanlarının yad edilməsindən və Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış sənədli filmin nümayişindən sonra İslamabadda yerləşən Münaqişənin Həlli İnstitutunun rəhbəri Sabah Aslam seminarı giriş sözü ilə açaraq Xocalı Soyqırımının fəsadları və nəticələri haqqında məlumat verib.

Çıxışına ulu öndər Heydər ƏIiyevin Xocalı ilə bağlı söylədiyi "Xocalı qətliamı erməni şovinist və millətçilərinin tarix boyu azərbaycanlılara qarşı 200 il ərzində törətdiyi soyqırım və etnik təmizləmə siyasətinin davamıdır" fikrilə başlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə və günahsız insanlarına qarşı cinayətlərini Vətən Müharibəsi dövründə də davam etdirdiyini və bunun, vaxtilə törədilmiş insanlığa qarşı olan Xocalı Soyqırımı kimi qətliamların səbəbkarlarının hələ də cəzasız qalmasından qaynaqlandığını bildirib. 2-ci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin məqsədli olaraq münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini böyük dağıdıcı gücə malik raket hücumlarına məruz qoymaqla, körpə uşaq və qadınlar da daxil olmaqla yüzlərlə günahsız insanın qətlə yetirilməsinin müasir dövrümüzün erməni vəhşiliyi və qətliamın nümunəsi olduğunu qeyd edən səfir Əli Əlizadə beynəlxalq ictimaiyyətin müharibə cinayətlərinə qarşı birlik və qətiyyət nümayiş etdirməsi gərəkdiyini bildirib. Səfir Pakistan Milli Assambleyasında, eləcə də Pakistan Senatının və Assambleyanın müxtəlif daimi komitələrində, Pakistanın Xeybər Paxtunkva əyalətinin Assambleyasında da Xocalı Soyqırımının tanınması və Ermənistanın Azərbaycan torpaqlarını işğalının sərt şəkildə qınanması ilə bağlı qəbul edilmiş qətnamələri xatırlayaraq, 44 günlük Vətən Müharibəsi dövründə də Azərbaycana siyasi və mənəvi dəstək verdiyinə, erməni haqsızlığına qarşı prinsipial mövqe sərgilədiyinə görə Pakistan dövlətinə və xalqına təşəkkür edib, Kəşmirdə də tezliklə sülhün bərqərar olacağına ümid etdiyini, BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qətnamələrinin də icra edilməsi gərəkdiyini bildirib.

Tədbirin ali qonağı, Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə Parlament Komitəsinin sədri Şəhriyar Afridi bu il Xocalı soyqırımının 29-cu ildönümününün qeyd olunduğunu vurğulayaraq orada ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş qətliamın bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Federal nazir Xocalıda, Kəşmirdə, eləcə də dünyada insanlığa qarşı törədilmiş bu cinayətləri pisləyib, müsəlman ölkələrinin lehinə olan BMT qətnamələrinə əməl olunmadığını diqqətə çatdıraraq beynəlxalq təşkilatların bir çox məsələlərə ikili standartlardan yanaşdığını təəssüflə ifadə edib.

Seminarda çıxış edən, ehtiyyatda olan general-leytenant Amjad Şoaib və Kayde Azam Üniversitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Dr. Səlma Malik də Xocalı Soyqırımının tarixindən, ermənilər tərəfindən günahsız mülki əhalinin Xocalıda vəhşicəsinə qətlə yetirilməsindən söhbət açaraq, insanlığa qarşı törədilmiş bu cinayətləri şiddətlə qınayıblar. Çıxışçılar bəşəriyyətin Xocalıda və digər yerlərdə baş verən soyqırımlara səssiz qalmamaları gərəkdiyini, insanların sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün bütün dünya ölkələri və beynəlxalq təşkilatların qətliamı törədənlərin məsuliyyətə cəlb edilməsini tələb etməsinin zəruri olduğunu bildiriblər.

Tədbirdə həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən foto-stendlər sərgilənib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar iştirakçılar arasında paylanıb. Pakistan ictimaiyyəti tərəfindən maraqla qarşılanan seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Ermənistanda "Boeing 737" təyyarəsi qaçırılıb? like
  • 23 Fev 15:43  
Dünya Ermənistanda "Boeing 737" təyyarəsi qaçırılıb?

Ermənistanın Mülki Aviasiya Komitəsi "Boeing 737" təyyarəsinin q

arrow Ətraflı
Küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər like
  • 23 Fev 15:42  
Şou-biznes Küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər

Son.az kulis.az-a istinadən ötən gecə dünyasını dəyişən Xaql artisti

arrow Ətraflı
Moskva Ermənistan müxalifətini like
  • 23 Fev 15:40  
Siyasət Moskva Ermənistan müxalifətini

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonr

arrow Ətraflı
Sabiq deputat şirkətinin adını dəyişdi like
  • 23 Fev 15:36  
Digərləri Sabiq deputat şirkətinin adını dəyişdi

Azərbaycan Milli Məclisinin sabiq deputatı Qasımov Əsabil Qarakişi oğlunu

arrow Ətraflı
Ermənilər etiraz edir: “ƏbuDabidə biabır olduq” like
  • 23 Fev 15:31  
Dünya Ermənilər etiraz edir: “ƏbuDabidə biabır olduq”

Ermənistanın Əbu-Dabidə keçirilən İDEX-2021 Beynəlxalq Hərbi-Sənaye S

arrow Ətraflı
Trampın Kim Çenə verdiyi təklif hər kəsi şoka saldı: “İstəsən, səni...” like
  • 23 Fev 15:25  
Dünya Trampın Kim Çenə verdiyi təklif hər kəsi şoka saldı: “İstəsən, səni...”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2019-cu ildə Vyetnamın paytaxtı Xan

arrow Ətraflı
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb like
  • 23 Fev 15:22  
Digərləri Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb

Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb.

arrow Ətraflı
"Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur" like
  • 23 Fev 15:21  
Digərləri "Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur"

İşğaldan azad edilən ərazilərin turizm potensialından istifadə üçün m

arrow Ətraflı
Ana bətnindəki körpə virusa yoluxa bilərmi? like
  • 23 Fev 15:20  
Digərləri Ana bətnindəki körpə virusa yoluxa bilərmi?

Həmişə sual olub ki, ana bətnində olarkən uşaq virusa yoluxa bilərmi və

arrow Ətraflı
Roza İlhaməyə məhkəmədə uduzdu like
  • 23 Fev 15:19  
Digərləri Roza İlhaməyə məhkəmədə uduzdu

"Maşın" realiti-şousunun canlı yayımında aparıcı İlhamə Bəd

arrow Ətraflı
27 yaşlı rəqqasə özünü asdı like
  • 23 Fev 15:16  
Dünya 27 yaşlı rəqqasə özünü asdı

Koronavirusa görə tətbiq olunan karantin rejimi intiharlara səbəb olmaqdad

arrow Ətraflı
Peyvənd olunan 100 yaşlı qadın: "Şərab içirəm" like
  • 23 Fev 15:14  
Dünya Peyvənd olunan 100 yaşlı qadın: "Şərab içirəm"

ABŞ-da 111 yaşlı Maria Aulenbaker COVID-19 virusuna qarşı peyvənd olunub.

arrow Ətraflı
Birinci vitseprezident Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağılığı verib like
  • 23 Fev 15:12  
Siyasət Birinci vitseprezident Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağılığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun

arrow Ətraflı
"İndicə peyvənd olunmuşam, özümü çox yaxşı hiss edirəm" like
  • 23 Fev 15:10  
Digərləri "İndicə peyvənd olunmuşam, özümü çox yaxşı hiss edirəm"

Vaksinasiya hər kəs üçün vacibdir. Virus daha geniş yayılmasın, Azərbay

arrow Ətraflı
Britaniyada işsizlik beşillik maksimuma çatıb like
  • 23 Fev 15:09  
Dünya Britaniyada işsizlik beşillik maksimuma çatıb

2020-ci ilin IV rübündə Böyük Britaniyada işsizlik səviyyəsi 5,1% təşk

arrow Ətraflı