Sabiq deputat şirkətinin adını dəyişdi


Digərləri 23 Fev 2021 15:36:00 148 0

Sabiq deputat şirkətinin adını dəyişdi

Azərbaycan Milli Məclisinin sabiq deputatı Qasımov Əsabil Qarakişi oğlunun rəhbərlik etdiyi (qanuni təmsilçi) "Azşuqar" Ticarət Şirkəti (VÖEN: 1400020391) adını və təşkilatı-hüquqi formasını dəyişərək "De Decco" MMC-yə çevrildiyini elan edib.

Son.az yeniavaz.com-a istinadən xəbər verir ki, "Azşuqar" Ticarət Şirkəti 08.04.1997-ci ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov, ev 22/23, m. 52-də yerləşir.

Məlumat üçün onu da bildirək ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə görə deputat sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.

Maraqlıdır ki, sabiq millət vəkili Əsabil Qasımovun Milli Məclisin rəsmi veb-səhifəsində - "meclis.gov.az"da yerləşdirilən tərcümeyi-halında açıq şəkildə qeyd olunub ki, millət vəkili 1995-ci ildən "Karat" holdinqinin direktorudur.