Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb


Digərləri 23 Fev 2021 15:22:00 119 0

Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb

Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, indi daxili turizm üçün imkanlar yaradılıb: "İnsanların sayının çoxalması, kütləviliyin artması ilə əlaqədar Şahdağ Turizm Mərkəzində məhdudiyyətlər tətbiq edilib. Ümid edirik ki, bu məhdudiyyətlər qısamüddətli olacaq, lakin belə qabaqlayıcı tədbirlərin hamısı insanların sağlamlığı üçün edilir".