Partiya sədrləri vaksinasiya olunur FOTO


Digərləri 23 Fev 2021 14:09:30 142 0

Partiya sədrləri vaksinasiya olunur  FOTO

Siyasi partiya nümayəndələrinin vaksinasiyası aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında siyasi partiyaların nümayəndələrinin vaksinasiyası aparılır.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Bu günə qədər 200 mindən artıq vətəndaş vaksinasiya edilib.

İki gün ərzində həyata keçiriləcək prosesin ilk günündə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Müstəqil Xalq Partiyasının sədri Əfran İbrahimov, Milli Vəhdət Partiyasınn sədri Yunus Oğuz virus əleyhinə peyvənd olunublar.