"III Qarabağ müharibəsi yenidən başlaya bilər"


Siyasət 23 Fev 2021 13:43:51 67 0

"III Qarabağ müharibəsi yenidən başlaya bilər"

Son.az məşhur türk tarixçi, professor Şevki Karabəkiroğlu ilə müsahibəni təqdim edir:

III Qarabağ müharibəsinin başlamaq ehtimalı varmı?

- Belə bir ehtimal var. Çünki bu hesab hələ bağlanmayıb. Dünyanın başqa gücləri prosesə daxil oldular və istər-istəməz biz sülh yolunu seçərək bir yerdə dayanmaq məcburiyyətində qaldıq. Fəqət, bu dayandığımız yer bizim haqq etdiyimiz yer deyil. Mütləq bitirilməsi lazım olan bir hesabımız var. Bu hesabın birinci işi Qarabağın tamamilə işğalçılardan təmizlənməsi olacaqdır. Çünki Qarabağ 1992-ci ildə bizdən qoparılmış torpaqlardır. Son qarışına kimi bizə qayıtmayacağı müddətcə orada haqqımız tapdanacaqdır. Bu balanssız vəziyyət qaldığı müddət ərzində müharibə ehtimalı hər zaman var. Buna görə də biz müharibəyə hazır olmalıyıq, hazırlıqlarımızı bitirməliyik. Bunun üçün daxildə, xaricədə əlimizdən gəldiyi qədər birliyimizi, diriliyimizi daha da möhkəmləndirməliyik. 

44 günlük müharibədən sonra Ermənistanın yalnız fiziki xəritədə qaldığını deyə bilərikmi?

- Ermənistanın regiondakı varlığı, onsuz da, anormal bir haldır. Yəni 1918-ci ildə regionda bir Ermənistan dövləti peyda olarkən qondarma yollarla zor tətbiq etməklə, pul qarşılığında İrəvan paytaxt elan edilərək orada bir mərkəz yaratdılar. Normalda İrəvan qədim türk şəhəridir, bunu hər kəs bilir. 1800-1900-cü illərə nəzər salınsa, iliyinə qədər türk olan bir şəhər bu gün Ermənistanın paytaxtı necə oldu?! Bu, ingilislərin, rusların I Dünya Müharibəsindən sonra təşəbbüsləri ilə oldu. Regionda yaradılan bu qondarma dövlətin bir də haqqı olmayan Qarabağ torpaqlarını işğal etməsinin özü səhv addımdır. Ermənistan o torpaqların hər qarışını boşaltmalıdır. Normal olan, təbii olan, tarixi həqiqətlərə söykənən budur. Lakin deyək ki, güclər balansı nəzərə alınaraq biz bunu bacara bilmədik, ən azından qüvvəsinin qırılmasını bacarmalıyıq, artıq elədir də. Ermənistan ABŞ-ın, yaxud Rusiyanın, İranın dəstəyini almadan öz hesabına öz ayaqları üstündə dayanacaq bir gücə sahib deyil. İqtisadiyyatı məhv olmuş vəziyyətdədir.

Müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistan tərəfindən tez-tez səsləndirilən revanşist açıqlamalar nəyisə dəyişəcəkmi?

Ermənistanda, sadəcə, şovinist çıxışlarla, revanşist açıqlamalarla öz xalqını idarə etməyə çalışan bir idarəçilik hökm sürür. Bu yolla irəli gedə bilməyəcəkləri bəllidir. Bu gün Ermənistanın yaşadığı problemlərin təməlində elə özünün quruluşunda və quruluş fəlsəfəsindəki axsaq fikirlər, iddialar dayanır. Bu axsaqlığın əsas səbəbi nədir?! Zaman-zaman bunu İran rəhbərlərinin dilindən eşidirik. Türk dünyası Asiyada böyük əksəriyyət təşkil edir. Və ora türk dünyasının gövdəsi məsafəsindədir. Anadolu türklüyü isə türk dünyasının başı məsafəsindədir. Çünki tarixə nəzər salanda böyük imperiyaların (Səlcuqlar, Qəznəvilər, Osmanlı) mərkəzi əsasən Anadolu hesab edilmişdir. Bu mənada gövdə olan Asiya türklüyü ilə baş olan Anadolu türklüyü arasında boyun məsafəsində yerləşən Qafqazdır. Qafqazda da ən böyük gücə sahib olan Azərbaycandır. Düşmənlərimiz bundan 100 il əvvəl plan qurarkən özlərinə görə çox ağıllı davranıblar. Bu planlardan ən birincisi budur: Öncə Asiya türk dünyası ilə Anadolu türk dünyasınının arasını kəsək və bu ərazidə bir Ermənistan dövləti yaradaq. Beləliklə də, bunların bir-birləri ilə əlaqələri kəsilsin. Bunu düşünənlər baxırlar ki, həmin bölgədə qədim bir Azərbaycan türkü var və Azərbaycanın o gücdə qalması gələcəkdə böyük bir dövlətin potensial olaraq özləri üçün təhdid yaradacağı deməkdir. Ona görə də Azərbaycanı Şimal və Cənuba bölürlər. Cənubunu İrana verirlər, araya Ermənistanı yerləşdirirlər və şimalı da indiki Azərbaycandır. İndiki xəritə normal bir mənzərə deyil, zor-güc hesabına formalaşdırılmış bir mənzərənin əksidir. Səbəb isə sırf türk dünyanını, Türkiyəni, Azərbaycanı zəiflətmək üçündür. 

Azərbaycanın tarixi torpaqlarına yenidən qovuşmağı nə dərəcədə real gösrsənir?

- Tarixdə heç bir şey sabit olaraq qalmır. İngilis tarixçi Anold Toynbi deyir ki, mədəniyyətlər də bir canlı orqanizm kimidir, doğularlar, böyüyərlər, ölərlər. Müəyyən zamandan bir dünya yenidən formalaşır. Bu gün orada yaradılmış anormal vəziyyət 100 il əvvəl yaradılmış vəziyyətdir. Bu vəziyyəti bu cür davam etdirmək mümkün deyil. Bu çay yenə öz arxını tapacaqdır. Azərbaycan Şimalı ilə, Cənubu ilə bir bütün olaraq qarşımıza çıxacaqdır. İnşallah, iqtisadi iş birliyi, diplomatik müstəvi baxımından istər Türkiyə ilə, istərsə də digər türk dövlətlərlə iş birliyini genişləndirərək türklər arasındakı həmrəyliyi artıracaq. Azərbaycan həm geosiyasi olaraq, həm də strateji olaraq çox mərkəzi və həyati bir yerə sahibdir. 

Hazırda bölgədə cərəyan edən proseslər fonunda Azərbaycan xalqına müraciət edib nə demək istərdiniz?

- Bu gün Qarabağı Azərbaycandan qoparıb və yaxud daxildən, xaricdən ölkədə xaos yaratmağa çalışmaqla Azərbaycanı zəiflətmək cəhdlərinin təməlində Azərbaycanın türk dünyası arasında bir katalizator vəzifəsini yerinə yetirməsi dayanır. Əgər Azərbaycan güclü olarsa, sərhədlərinin bir ucu Türkiyəyə çatarsa, o biri ucu Xəzər dənizinə söykənərsə bu, böyük bir türk dünyasının təşəkkül tapması, qurulması deməkdir və belə bir vücudun formalaşması da Azərbaycanın çox önəmli bir funksiyaya sahib olması deməkdir. Azərbaycanın bu funksiyasını istəməyənlər Azərbaycanı zəiflətmək üçün Qarabağdan başlayaraq xeyli sayda təxribatlar törətdilər. Amma mən bunların bir nəticə verəcəyi qənaətində deyiləm. Su axan arxdan əvvəl-axır yenə axacaqdır. İnkişafda, güclənməkdə olan Azərbaycan ilə necə ki biz (Türkiyə) iki dövlət, bir millətik, Allah izni ilə bir millət halına gələcəyik. Bu, sərhədlərin birləşməsi demək deyil, amma hər sahədə bu iş birliyimizi, ittifaqımızı inkişaf etdirəcəyik.

Bəzi qruplaşmalar müxtəlif yalanlar, dezinformasiyalar yayırlar. Məsələn, Azərbaycan türkünə "Azəri" deyilir, ayrı bir türk qolu soyu yaddaşlara yerləşdirməyə çalışıblar. Bu da soyuq müharibə dönəminin qalıqlarıdır. Məhzəb (sünni, şiə) fərqini çox qabardırlar, bunların heç biri bizim üçün vacib faktor deyil. Hamımız müsəlmanıq və türkük. Bu mənada əgər biz müsəlmanlar və türklər olaraq gücümüzü birləşdirərsək, bizim biləyimizi heç kim bükə bilməz. 

Təhməz Əsədov Son.az

Vətən müharibəsində Hərbi Liseydən 60 nəfər zabit döyüşüb like
  • 23 Fev 13:42  
Digərləri Vətən müharibəsində Hərbi Liseydən 60 nəfər zabit döyüşüb

Vətən müharibəsində C.Naxçıvanski adına Hərbi Liseyin 60 nəfərlik zab

arrow Ətraflı
Pandemiyanın daşınmaz əmlaka təsiri  VİDEO like
  • 23 Fev 13:41  
Digərləri Pandemiyanın daşınmaz əmlaka təsiri VİDEO

Kirayə mənzil bazarına tələbat azalıb, torpaq bazarına isə artıb

arrow Ətraflı
Əsl peşəsi hər kəsi təəccübləndirdi  FOTO like
  • 23 Fev 13:35  
Digərləri Əsl peşəsi hər kəsi təəccübləndirdi FOTO

Hərkəsin aktyor kimi tanıdığı Can Yamanın əsl sənəti hər kəsi təəc

arrow Ətraflı
Daha bir şəhidimizin övladı dünyaya gəldi  VİDEO like
  • 23 Fev 13:30  
Digərləri Daha bir şəhidimizin övladı dünyaya gəldi VİDEO

Tovuzda vətən müharibəsinin qəhrəmanlarıdından biri olan şəhid hərbç

arrow Ətraflı
"Milli Qəhrəmanlardan 11i Hərbi Liseyin məzunudur" like
  • 23 Fev 13:29  
Digərləri "Milli Qəhrəmanlardan 11i Hərbi Liseyin məzunudur"

Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 12 mindən çox məzun bi

arrow Ətraflı
Qar yağacaq, güclü külək əsəcək like
  • 23 Fev 13:25  
Digərləri Qar yağacaq, güclü külək əsəcək

Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Brusellyoz xəstəliyinə qarşı monitorinqə başlanıldı like
  • 23 Fev 13:24  
Digərləri Brusellyoz xəstəliyinə qarşı monitorinqə başlanıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Q

arrow Ətraflı
"Allah heç bir bacıya qardaş dağı göstərməsin"  FOTO like
  • 23 Fev 13:21  
Digərləri "Allah heç bir bacıya qardaş dağı göstərməsin" FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Yalçın Rzazadə ilə evində vida məras

arrow Ətraflı
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir like
  • 23 Fev 13:20  
Digərləri Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir

Sahibkarlıq sahəsində su, qaz, elektrik sayğaclarına baxılması və onlar

arrow Ətraflı
Təbii qaz bahalaşıb like
  • 23 Fev 13:19  
Dünya Təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanıldılar like
  • 23 Fev 13:13  
Dünya Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanıldılar

Mərakeş sahillərində Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxla

arrow Ətraflı
Çində vaksinasiyanın 2ci mərhələsi  VİDEO like
  • 23 Fev 13:08  
Dünya Çində vaksinasiyanın 2ci mərhələsi VİDEO

Pekində əhalinin kütləvi peyvəndlənməsinə başlanılıb. Orta-yüksək r

arrow Ətraflı
Restoranlarla bağlı deputatdan təklif like
  • 23 Fev 13:04  
Digərləri Restoranlarla bağlı deputatdan təklif

Azərbaycanda restoranlarda iş rejiminin iki hissəyə bölünməsi ölkədə 4

arrow Ətraflı
Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq like
  • 23 Fev 13:03  
Digərləri Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq

Azərbaycanda avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydaları dəyi

arrow Ətraflı
Dünyanın ən böyük şəlaləsi dondu like
  • 23 Fev 13:02  
Digərləri Dünyanın ən böyük şəlaləsi dondu

Niaqara şəlaləsinin donması nəticəsində maraqlı görüntülər yaranıb.

arrow Ətraflı