İtaliyanın daha üç bələdiyyəsi Azərbaycana dəstək sənədləri qəbul edib


Siyasət 23 Fev 2021 13:48:19 59 0

İtaliyanın daha üç bələdiyyəsi Azərbaycana dəstək sənədləri qəbul edib

İtaliyanın Katanzaro əyalətinin Soverato bələdiyyəsi, Kieti əyalətinin Fossacesia bələdiyyəsi və L'Aquila əyalətinin Sante Marie bələdiyyəsi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirlilməsinə çağırış edən sənədlər qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, sənədlərdə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı, 1990-cı illərin əvvəllərində Azərbaycana məxsus ətraf 7 rayon da daxil olmaqla Ermənistan tərəfindən işğal olunduğu, istər Dağlıq Qarabağdan, istərsə də ətraf 7 rayondan bütün azərbaycanlıların zorla çıxarıldığı qeyd olunub. Həmçinin sənədlərdə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası, Baş Assambleyasının qətnamələrinin və digər beynəlxalq təşkilatların qərarlarının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb etdiyi bildirilib.

Sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmaqla yanaşı münaqişədən əziyyət çəkmiş insanlarla həmrəylik nümayiş edilir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Eyni zamanda, sənədlərdə istər 1990-cı illərdə, istərsə də 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış müharibənin çoxsaylı insan itkisinə gətirib çıxardığı və 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatın məhz münaqişəyə son qoyulması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması məsqədi daşıdığı vurğulanıb.

Bələdiyyələr öz sənədləri ilə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqəti çəkərək və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış "İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin müvafiq müddəalarına istinad ediblər. Habelə sənədlərdə sözügedən bəyannaməyə istinadən strateji tərəfdaşlar olan Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, mədəni, tarixi, dini irsin qorunması, akademik, texnologiya, səhiyyə, müdafiə, nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də geniş əməkdaşlığın və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb.

Qeyd edək ki, İtaliyanın ümumilikdə 20-yə yaxın şəhər və bələdiyyələri oxşar sənədlər qəbul ediblər.

"Hərbi Liseyin hədəfi savadlı, bacarıqlı, vətənpərvər zabitlər yetişdirməkdir" like
  • 23 Fev 13:47  
Digərləri "Hərbi Liseyin hədəfi savadlı, bacarıqlı, vətənpərvər zabitlər yetişdirməkdir"

C.Naxçıvanski adına Hərbi Liseyin qarşısında duran hədəflər birdir - o

arrow Ətraflı
Vətən müharibəsinin daha 4 iştirakçısı dövlət qurumunda işlə təmin edilib like
  • 23 Fev 13:44  
Digərləri Vətən müharibəsinin daha 4 iştirakçısı dövlət qurumunda işlə təmin edilib

Dövlət başçısının Vətən müharibəsi iştirakçılarının işl

arrow Ətraflı
"III Qarabağ müharibəsi yenidən başlaya bilər" like
  • 23 Fev 13:43  
Siyasət "III Qarabağ müharibəsi yenidən başlaya bilər"

Son.az məşhur türk tarixçi, professor Şevki Karabəkiroğlu ilə müsahibə

arrow Ətraflı
Vətən müharibəsində Hərbi Liseydən 60 nəfər zabit döyüşüb like
  • 23 Fev 13:42  
Digərləri Vətən müharibəsində Hərbi Liseydən 60 nəfər zabit döyüşüb

Vətən müharibəsində C.Naxçıvanski adına Hərbi Liseyin 60 nəfərlik zab

arrow Ətraflı
Pandemiyanın daşınmaz əmlaka təsiri  VİDEO like
  • 23 Fev 13:41  
Digərləri Pandemiyanın daşınmaz əmlaka təsiri VİDEO

Kirayə mənzil bazarına tələbat azalıb, torpaq bazarına isə artıb

arrow Ətraflı
Əsl peşəsi hər kəsi təəccübləndirdi  FOTO like
  • 23 Fev 13:35  
Digərləri Əsl peşəsi hər kəsi təəccübləndirdi FOTO

Hərkəsin aktyor kimi tanıdığı Can Yamanın əsl sənəti hər kəsi təəc

arrow Ətraflı
Daha bir şəhidimizin övladı dünyaya gəldi  VİDEO like
  • 23 Fev 13:30  
Digərləri Daha bir şəhidimizin övladı dünyaya gəldi VİDEO

Tovuzda vətən müharibəsinin qəhrəmanlarıdından biri olan şəhid hərbç

arrow Ətraflı
"Milli Qəhrəmanlardan 11i Hərbi Liseyin məzunudur" like
  • 23 Fev 13:29  
Digərləri "Milli Qəhrəmanlardan 11i Hərbi Liseyin məzunudur"

Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 12 mindən çox məzun bi

arrow Ətraflı
Qar yağacaq, güclü külək əsəcək like
  • 23 Fev 13:25  
Digərləri Qar yağacaq, güclü külək əsəcək

Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Brusellyoz xəstəliyinə qarşı monitorinqə başlanıldı like
  • 23 Fev 13:24  
Digərləri Brusellyoz xəstəliyinə qarşı monitorinqə başlanıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Q

arrow Ətraflı
"Allah heç bir bacıya qardaş dağı göstərməsin"  FOTO like
  • 23 Fev 13:21  
Digərləri "Allah heç bir bacıya qardaş dağı göstərməsin" FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Yalçın Rzazadə ilə evində vida məras

arrow Ətraflı
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir like
  • 23 Fev 13:20  
Digərləri Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir

Sahibkarlıq sahəsində su, qaz, elektrik sayğaclarına baxılması və onlar

arrow Ətraflı
Təbii qaz bahalaşıb like
  • 23 Fev 13:19  
Dünya Təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanıldılar like
  • 23 Fev 13:13  
Dünya Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanıldılar

Mərakeş sahillərində Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxla

arrow Ətraflı
Çində vaksinasiyanın 2ci mərhələsi  VİDEO like
  • 23 Fev 13:08  
Dünya Çində vaksinasiyanın 2ci mərhələsi VİDEO

Pekində əhalinin kütləvi peyvəndlənməsinə başlanılıb. Orta-yüksək r

arrow Ətraflı