"Milli Qəhrəmanlardan 11i Hərbi Liseyin məzunudur"


Digərləri 23 Fev 2021 13:29:06 124 0

"Milli Qəhrəmanlardan 11i Hərbi Liseyin məzunudur"

Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 12 mindən çox məzun bitirib. Liseyin 20-dən artıq məzunu general rütbəsinə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov deyib.

O qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfər isə hərbi liseyin zabiti olub:

"Bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub".