Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanıldılar


Dünya 23 Fev 2021 13:13:00 113 0

Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanıldılar

Mərakeş sahillərində Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanılıblar.

Son.az unikal.org-a istinadən bildirir ki, Mərakeşin şimalındakı Huseyma şəhəri sahillərində qayıqla Avropaya keçmək istəyən 59 qaçqın sahilə çıxarılıb.

Onlardan 7-si uşaq olub. Qaçqınların Qərbi Səhranın cənubundan gəldikləri məlum olub. Vəziyyəti ağır olan bir neçə qaçqın xəstəxanaya yerləşdirilib. Daha sonra hüquqi tədbirlər görüləcəyi gözlənilir.