Dünyanın ən böyük şəlaləsi dondu


Digərləri 23 Fev 2021 13:02:00 142 0

Dünyanın ən böyük şəlaləsi dondu

Niaqara şəlaləsinin donması nəticəsində maraqlı görüntülər yaranıb.

Son.az xarici mətbuata istinadla bildirir ki, Nyu-York ştatını Ontariodan ayıran hündürlüyü 53 metr olan şəlalənin şaxtalı hava səbəbindən donması nəticəsində ecazkar görüntülər yaranıb.

Bir neçə gündür ki, fotoqraflar - 18 dərəcə şaxta müşahidə olunan əraziyə axın edərək bu anları ölümsüzləşdirirlər.

Son.az maraqlı görüntüləri təqdim edir.