250 kmə qanad açan SOM Azərbaycanda VİDEO


Siyasət 23 Fev 2021 12:51:00 141 0

250 kmə qanad açan SOM Azərbaycanda  VİDEO

Ordumuzun arsenalına daxil olan Türkiyənin ilk milli qanadlı raketi

Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları və sair hərbi vasitələr nümayiş olunub.

Son.az Real TV-yə istinadən bildirir ki, eyni zamanda yubiley ərəfəsində qardaş Türkiyənin ilk milli qanadlı raketi olan SOM-un da Azərbaycan Ordusunun silahlanmasında yer aldığı göstərildi.

Artıq 250 kilometr və daha çox mənzilə, yüksək dəqiqliyə malik olan SOM raketlləri Azərbaycan Silahlı Qüvvələrinin invertarına girir.

Bunu Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasında Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, SOM TÜBİTAK tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilib.

Yeni raketlərin alınması qardaş ölkənin milli və yerli potensialı ilə istehsal etdiyi istənilən silah sisteminin Azərbaycan üçün həm əlçatanlığının, həm də vacibliyinin bariz nümunəsidir.

Bəs görəsən, ordumuzun arsenalında yer alacaq SOM-lar hansı üstünlüyə malikdir?

Bu raketlər müasir silah sisteminə aiddir. Hətta onların istehsalını dünyanın ən güclü ölkələrinin müdafiə sənayesi üçün əlçatmaz olduğu deyilir.

Azərbaycan həmin qanadlı raketə sahib olmaqla həm regionda hərbi gücünü, həm də yeni hədəflərini göstərməyə qadir olmuş olur.

Quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raketi SOM ilk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib.

Eyni zamanda SOM-lar Türkiyədə müxtəlif tipli qırıcılara - F16 və F4E-lərə inteqrasiya olunub.

Bəs görəsən, SOM qanadlı raketləri Azərbaycan ordusunun invertarına daxil olan hansı qırıcıların silah blokuna quraşdırılacaq?

SOM raketlərinin komfiqurasiyasının ağırlığı 650 kq, atış uzaqlığı 250 km-dən çox, döyüş başlığını ağırlığı 230 kq təşkil edir. Azərbaycanın ROKETSAN şirkətindən aldığı qanadlı raketin yəni, SOM-un sonuncu versiyası olan SOM-J olduğu ehtimal olunur.

SOM raketi havadan müdafiə sistemlərinin mənzilinə girmədən hədəflərin yüksək dəqiqliklə vurulmasını təmin edir.

Sabit səth hədəfləri və hərəkətdə olan suüstü hədəflərə qarşı təsirli bir şəkildə hücum qabiliyyəti olan uzaqmənzilli, havadan səthə atılan turboraket motorlu qanadlı raket sistemi olaraq xarakterizə edilir.

Qeyd edək ki, bu raketləri əldə etməklə, Azərbaycan Hərbi Hava Qüvvələri hərəkət trayektoriyasını genişləndirəcək və dəyərli bir silahı invertarına qatmış olacaq.