Yalçın Rzazadə ilə vida mərasimi başlayıb


Digərləri 23 Fev 2021 12:45:00 131 0

Yalçın Rzazadə ilə vida mərasimi başlayıb

Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, mərasim Xalq artistinin evinin önündə keçirilir.

Mərasimdə Xalq artistləri Gülyanaq Məmmədova, Mirnazim Əsədullayev, Teyyub Aslanov və digər incənəsət və mədəniyyət  nümayəndələri iştirak edirlər.

Yalçın Rzazadə Lənkəranın Liman qəsəbəsində dəfn ediləcək.

Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl Türkiyədə olunmuşdu.

Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Onun sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı Yalçın Rzazadəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna - aktyorluq fakültəsinə gətirib çıxarır. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur və 1973-ci ildə təhsilini qırmızı diplomla yekunlaşdırır.

Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.