Bakıda küçədə qonşular birbirini bıçaqladılar


Kriminal 23 Fev 2021 12:24:00 118 0

Bakıda küçədə qonşular birbirini bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qüdrətov İlqar Rəhman oğlu küçədə qonşusu, 1961-ci il təvəllüdlü Məmmədov Nadir İsmayıl oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə hər iki şəxs üzərində gəzdirdikləri bıçaqla bir-birilərinə bıçaq xəsarətləri yetiriblər.

Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.