Azərbaycan qazını nəql edəcək IGB kredit üçün müraciət edəcək


Digərləri 23 Fev 2021 12:35:00 124 0

Azərbaycan qazını nəql edəcək IGB kredit üçün müraciət edəcək

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi ilə məşğul olan layihə şirkəti kredit verilməsinin sürətləndirilməsi üçün Avropa İnvestisiya Bankına (EIB) müraciət edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov deyib.

O bildirib ki, IGB layihəsi bu ilin sonuna kimi başa çatmalıdır.

Eyni zamanda ölkənin energetika naziri Temenujka Petkova qeyd edib ki, boruların istehsalı və tədarükü üzrə müqavilə icra olunub:

"Bu günədək həm Bolqarıstan. həm də Yunanıstan ərazisində 187 kilometr boru tədarük edilib. 128 kilometrdən çox boru xətti quraşdırılıb, 101 kilometrdən çox qaynaq edilib".

Qeyd edək ki, IGB layihəsi Trans-Adriatik boru kəmərinə (TAP) qoşularaq Azərbaycan qazının Bolqarıstana nəqlini təmin edəcək.