"Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək"


Şou-biznes 23 Fev 2021 10:35:13 134 0

"Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək"

Xalq artisti Yalçın Rzazadə bu gün dəfn ediləcək.

Mərhum müğənninin oğlu Orxan Rzazadə axşam.az-a açıqlamasında bunları deyib:

"Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək. İndi cavab gözləyirik. Bir söz deyilməsə, atamı planlaşdırdığımız yerdə dəfn edəcəyik. Bir-iki qəbristanlıq planda var. Məsləhət edib, harada dəfn edilməsini dəqiqləşdirəcəyik. Mədəniyyət Nazirliyinə  müraciət edilib, cavab gözləyirik".

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün axşam saatlarında 74 yaşında dünyasını dəyişib.