Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər


Siyasət 23 Fev 2021 09:39:00 71 0

Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər

Ermənilərin Qərbi Azərbaycanda Azərbaycan izlərini silmək məqsədilə dağıtdıqları tarixi-dini abidələrin sayları yüzlərlədir.

Son.az bildirir ki, bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

Onun sözlərinə görə, ermənilərin Qərbi Azərbaycan köçünün genişlənməsinin əsası İrəvan xanlığı dövründə qoyulmuşdu. İrəvan xanı Hüseynəli xanın 1760-cı ildə Eçmiədzin (Üçkilsə) monastırı ilə bağlı imzaladığı fərmanla ermənilərə geniş hüquqlar verildi. Bir çox Azərbaycan kəndləri ermənilərə verilir və adları dəyişdirilirdi. Bu proses Türkmənçay anlaşmasından sonra kütləvi hal aldı. Azərbaycan ərazisinə köçürülən ermənilər müxtəlif üsullardan istifadə edərək Azərbaycanın bu ərazilərdəki tarixini yox etməyə çalışırdılar. Bu üsullardan biri də Qərbi Azərbaycan torpaqlarında mövcud olmuş abidələrin dağıdılması idi.

B.Quliyev ermənilərin Qərbi Azərbaycanda dağıtdıqları tarixi-dini abidələrə misal olaraq, qeyd edib ki, XVIII əsrdə Abbas Mirzə Qacar (Fətəli Xan Qacarın oğlu) tərəfindən İrəvan qalasında inşa etdirilən Abbas Mirzə məscidi Azərbaycan memarlığında geniş istifadə olunan göy və yaşıl rəngli kaşılarla bəzədilmişdi. Lakin məscid tamamən dağıdılıb, onun sadəcə bir divarının qalıqları qalıb. İrəvan quberniyasının Ərgəz kəndində yerləşən məscid də eyni aqibətə məruz qalıb. Bundan başqa, XVIII əsrə aid olan Hacı Cəfər məscidi də tamamən dağıdılıb.

Alim əlavə edib ki, İrəvan şəhərinin qədim məscidlərindən biri olan Novruzəli bəy məscidinin iri günbəzi və çoxrəngli kaşılarla bəzədilmiş divarları olub. Bu məscid hələ XX əsrin əvvəllərində dağıdılıb. 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş Osmanlı memarlıq üslublu məscid isə 1828-ci il Türkmənçay anlaşmasından sonra rus pravoslav kilsəsinə çevrilib. İrəvanda tikilmiş Şükürbəyli məscidi hələ də rus pravoslav kilsəsi kimi fəaliyyət göstərir.

B.Quliyev deyib ki, İrəvanda yerləşən ən qədim dini ibadətgahlardan biri olan və inşası Səfəvilərin erkən dönəminə təsadüf edən Sərdar məscidi Qala məscidi və ya Köhnə məscid adı ilə məşhur olub. Azərbaycanın şimalı rus qoşunları tərəfindən işğal olunduqdan sonra məscid dağıdılmağa başlanılıb, sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilib. Bundan başqa İrəvan qalası, Aşıq Ələsgərin qəbirüstü abidəsi, XVI əsrdə inşa edilən Sərdar sarayı, Urud abidələr kompleksinə məxsus olan iki qoç heykəli tamamilə məhv edilib:

"Ermənilər tərəfindən dağıdılmış abidələri saymaqla bitməz, onların bəziləri heç qeydiyyata da düşməyib. Hazırda ermənilər öz havadarları ilə birlikdə xristian abidələrinin qorunması ilə bağlı "narahatlıq"larını ifadə edirlər. Lakin ermənilərin bu vəhşilikləri törətməsi, bizim isə Bakıda erməni kilsəsini bir abidə olaraq qorumağımız dünya mədəni irsinə necə yanaşmağımızın nəticəsidir. Dünyanın bu faktlara laqeydcəsinə yanaşması sadəcə Azərbaycan mədəniyyətinin məhv olmasına yönəlmiş addım deyil, bu, həm də dünya irsinin məhv olmasına göz yummaqdır".

Bu gün XİN başçıları Ankarada görüşəcəklər like
  • 23 Fev 09:33  
Siyasət Bu gün XİN başçıları Ankarada görüşəcəklər

Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Tür

arrow Ətraflı
"Sumqayıt" futbol klubunun vitseprezidenti vəfat etdi like
  • 23 Fev 09:30  
Digərləri "Sumqayıt" futbol klubunun vitseprezidenti vəfat etdi

"Sumqayıt" futbol klubunun vitse-prezidenti Vaqif Ömərov vəfat edi

arrow Ətraflı
Gürcüstanda polis müxalif partiyanın baş ofisinə basqın etdi: like
  • 23 Fev 09:28  
Dünya Gürcüstanda polis müxalif partiyanın baş ofisinə basqın etdi:

Tbilisidə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri m

arrow Ətraflı
Bu gün Su çərşənbəsidir like
  • 23 Fev 09:22  
Digərləri Bu gün Su çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.

arrow Ətraflı
Koronavirusla bağlı SON STATİSTİKA like
  • 23 Fev 09:17  
Dünya Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 112 263 022 nəfərdə koronavirus aşkarlanıb.

arrow Ətraflı
Milli.Azın Telegram kanalına abunə olun like
  • 23 Fev 09:16  
Digərləri Milli.Azın Telegram kanalına abunə olun

Son.az-ın Telegram-da öz kanalı (https://t.me/milli_az) var.

arrow Ətraflı
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı like
  • 23 Fev 09:11  
Digərləri Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

arrow Ətraflı
Manatın məzənnəsi like
  • 23 Fev 09:06  
Digərləri Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 23 fevral tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
Proqressiv Dreyfus əzələ distrofiyası like
  • 23 Fev 08:59  
Digərləri Proqressiv Dreyfus əzələ distrofiyası

Xəstəliyi 1961-ci ildə Dreyfus təsvir etdiyinə görə xəstəlik onun adı

arrow Ətraflı
Soğanlı qatlama resepti like
  • 23 Fev 08:55  
Digərləri Soğanlı qatlama resepti

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Patoloji reflekslər like
  • 23 Fev 08:55  
Digərləri Patoloji reflekslər

Patoloji reflekslər sinir sisteminin zədələnməsi zamanı meydana çıxır v

arrow Ətraflı
Bitkoinin qiyməti 5 faizdən çox ucuzlaşıb like
  • 23 Fev 08:53  
Digərləri Bitkoinin qiyməti 5 faizdən çox ucuzlaşıb

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 5 faizdən çox

arrow Ətraflı
Bazu, kürək və üz əzələlərinin atrofiyası like
  • 23 Fev 08:51  
Digərləri Bazu, kürək və üz əzələlərinin atrofiyası

Əzələ atrofiyasının bu forması 10-20 yaşlı gənclərdə baş verir.Bu za

arrow Ətraflı
Hərəki funksiyanın itirilməsi like
  • 23 Fev 08:46  
Digərləri Hərəki funksiyanın itirilməsi

Skelet əzələlərinin tonusu və yığılması onurğa beyinin öz buynuzları

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 23 Fev 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı