NASA "Perseverance" apparatının Marsa enişi videogörüntüsünü yayıb VİDEO
Dünya 23 Fev 2021 07:25:00 137 0
ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) mütəxəssisləri "Perseverance" ("Əzmkarlıq") Mars apparatının enişi zamanı çəkilmiş video nümayiş etdiriblər.
Son.az Trend-ə istinadən bildirir ki, video NASA-nın rəsmi saytında yayımlanıb.
Videogörüntüdə apparatın paraşütünün atmosferdə açıldığı andan planetin səthinə toxunduqdan sonra eniş modulunun ayrılmasına qədər olan bütün mərhələlər əks etdirilir.
Mənbə: milli.az