Tərtərdə minaya düşən şəxsin sağ ayağının bir hissəsi amputasiya edilib Trend TVnin REPORTAJI


Digərləri 22 Fev 2021 22:07:00 196 0

Tərtərdə minaya düşən şəxsin sağ ayağının bir hissəsi amputasiya edilib  Trend TVnin REPORTAJI

Bu gün Tərtərin Borsunlu kəndi ərazisində minaya düşən kənd sakini 45 yaşlı Verdiyev Niyaməddin Hikmət oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanın həkim travmatoloqu Hafiz Əliyev Trend TV-nin Qarabağ bürosuna bildirdi ki, zərərçəkənin vəziyyəti orta ağırdır: "O, hər iki aşağı ətrafların kor qəlpə yarası diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Sağ aşağı ətrafın, baldırın, orta üçdə-bir hissəsinin travmatik amputasiyası həyata keçirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Əməliyyata götürülür".

Qeyd edək ki, sözügedən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma başlanıb.


Xəbərə aid video