Milli Məclisin və Peru Konqresinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib
Siyasət 22 Fev 2021 22:14:00 70 0
Fevralın 22-də Azərbaycan Milli Məclisinin və Peru Konqresinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında onlayn formatda görüş keçirilib.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib FOTO
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a bildirilib ki, görüşdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclisin Peru ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sahib Alıyev görüş iştirakçılarını salamlayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. Bildirilib ki, Azərbaycan xalqı Peru xalqına və dövlətinə hörmətlə yanaşır. Qeyd edilib ki, 10 iyun 2013-cü il tarixində Peru Respublikasının Milli Konqresi Xocalı soyqırımını qınayan, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib. Həmin sənəddə Xocalı soyqırımına ədalətli hüquqi və siyasi qiymət verilib. Bu addıma görə qarşı tərəfə minnətdarlıq ifadə edilib.
Bildirilib ki, Peru öz ərazisinə görə dünyanın ən böyük 20 dövləti sırasındadır. Lakin dövlətlərin böyüklüyü yalnız ərazi, iqtisadi, hərbi potensialı deyil, həmçinin beynəlxalq normalara riayət etməsi, haqqın, ədalətin yanında olması ilə ölçülür. Bu baxımdan Peru bizim üçün ən böyük dövlətlərdən biridir. Biz Peru xalqına, dövlətinə hər zaman hörmət bəsləyirik.
Trend-in məlumatına görə, görüşdə iştirakçılara Azərbaycanın 44 günlük Vətən müharibəsi barədə geniş məlumat verilib. Sahib Alıyev Qoşulmama Hərəkatının üzvü kimi Peru dövlətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
Bildirilib ki, Qoşulmama hərəkatına hazırda Azərbaycan rəhbərlik edir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT-nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Ölkəmiz pandemiya ilə mübarizədə 30-dan artıq dövlətə yardım edib. Eyni zamanda, Dünya Səhiyyə Təşkilatına vəsait ayırıb.
Peru Respublikası Milli Konqresinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Guilermo Alexandro Antonio Aliaga Paxares səmimi görüşə görə təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib. O, Peru xalqının, dövlətinin sülh tərəfdarı olduğunu söyləyib. Bu baxımdan Konqresdə Xocalı soyqırımı ilə bağlı qəbul edilən sənədin önəmli olduğunu qeyd edib.
Söhbət zamanı Peru Konqresinin üzvü Rikardo Burga, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, iqtisadi, humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüblər.
Görüşdə Peru parlamentinin üzvləri Leonardo İnga Sales, Abiud Ramirez də iştirak ediblər.
Bu gün Tərtərin Borsunlu kəndi ərazisində minaya düşən kənd sakini 45

Dünyada mövcud olan dillərdən təxminən 2 500-ü yox olma təhlükəsi ilə

İsmayıllının İvanovka kəndində toxumçuluq fabrikinin tikintisi yekunlaş

İran hökuməti Çinin "Sinopharm" şirkətinin koronavirusa qarşı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Gulfood 2021"

Müğənni Xatun Əliyevanın stilist qardaşı Balaş qəflətən vəfat edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfind

Tayvanda qaldığı otelin dəhlizinə sadəcə səkkiz saniyəliyinə çıxan a

Son günlər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənməkdədir. Rus

Сənubi Koreyada çoxillik cinayətin üstü açılıb.

22 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Mil

Koronavirusun kökünü araşdıran mütəxəssislər bunun dovşan və ya porsu

Rusiyanın paytaxtı Moskvada dəhşətli cinayət hadisəsi baş verib.
