Dünyada hər 15 gün ərzində bir xalqın dili YOXA ÇIXIR


Dünya 22 Fev 2021 22:02:00 143 0

Dünyada hər 15 gün ərzində bir xalqın dili YOXA ÇIXIR

Dünyada mövcud olan dillərdən təxminən 2 500-ü yox olma təhlükəsi ilə üz-üzədir.

Son.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Türkiyənin YUNESKO yanında Milli Komissiyasının (UTMK) İdarə Heyətinin sədri, professor Ocal Oğuz məlumat verib.

"Dünyada təxminən 7 min dil mövcuddur. Onların arasında təxminən 2 500 dil yox olma təhlükəsi ilə üz-üzədir, çünki çox məhdud sayda insan onlardan istifadə edir", - Oğuz qeyd edib.

Onun sözlərinə görə, statistikaya və məlumatlara əsasən, dünyada hər 15 gün bu dillərdən biri yox olur.

Oğuz bildirib ki, dillərin yox olma təhlükəsi son onilliklər ərzində dünyada sosial, siyasi və iqtisadi dəyişikliklərə görə artıb. Hazırda 200 dildə danışan insanları tapmaq çətindir. 1950-ci ildən 250-dən çox dil yoxa çıxıb.