Rusiya ilk zərbə PUAsını təqdim edib
Dünya 22 Fev 2021 19:39:00 120 0
Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2021 beynəlxalq silah sərgisində Rusiya öz istehsalı olan ilk zərbə pilotsuz uçuş aparatını (PUA) təqdim edib.
Son.az Trend-ə istinadən bildirir ki, "Kronştadt" şirkətinin istehsalı olan "Orion-E" PUA-sı əsasən ixrac üçün nəzərdə tutulub.
Qeyd olunur ki, aparat müxtəlif konfiqurasiyalı silahla təchiz oluna bilər. Yerüstü idarəetmə stansiyası PUA-ları həm kəşfiyyat, həm də zərbə məqsədilə idarə edir.
"Orion-E" aparatının qanadlarının eni 16,3 metr, uçuş çəkisi 1000 kiloqramdır. 200 kiloqram yükqaldırma gücü olan aparatın uçuş müddəti 24 saat, döyüş radiusu 300 kilometrdir.
Mənbə: milli.az