Ötən ay 14 cütlük boşanmaqdan imtina edib


Digərləri 22 Fev 2021 18:14:00 132 0

Ötən ay 14 cütlük boşanmaqdan imtina edib

Azərbaycanda bu ilin yanvar ayında bağlanmış nikahların sayı açıqlanıb.

Son.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 2.714 nikah dövlət qeydiyyatına alınıb.

Həmçinin bildirilir ki, 2020-ci ilin dekabr ayında nikahın pozulması üçün müraciət etmiş şəxslərlə psixoloqların apardığı söhbət nəticəsində nikahın pozulmasının təyin edildiyi 2021-ci ilin yanvar ayı ərzində 28 nəfər (14 cütlük) nikahın pozulmasından imtina edib.