Azərbaycan Qoşulmamama Hərəkatına üzv ölkələrə əlavə 5 milyon dollar yardım edib


Siyasət 22 Fev 2021 18:27:00 53 0

Azərbaycan Qoşulmamama Hərəkatına üzv ölkələrə əlavə 5 milyon dollar yardım edib

Azərbaycan pandemiyaya dərhal cavab vermiş və meydana çıxan sosial-iqtisadi problemlərlə bağlı insan hüquqlarına əsaslanan yanaşma tətbiq edərək COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirmişdir.

XİN-dən Son.az-a verilən xəbərə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan öz səylərini ölkədaxili nailiyyətlərlə məhdudlaşdırmamışdır: "Qlobal səyləri dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları, habelə, Qoşulmamama Hərəkatının virusdan daha çox əziyyət çəkmiş üzv ölkələrinə Hərəkatın sədri qismində əlavə 5 milyon dollar məbləğində yardım etmişdir. Azərbaycan həmçinin 30-dan çox ölkəyə ikitərəfli əsasda təcili humanitar yardım göstərmişdir".

C.Bayramov əlavəı edib ki, Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabrın 3-4-də COVİD-19 mövzusunda çağırılmış xüsusi sessiyası birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş qlobal cavab verilməsi zərurətini bir daha təsdiq etmişdir: "İndi beynəlxalq ictimaiyyət nəinki davam edən sağlamlıq böhranına cavab vermək, habelə ədalətli və davamlı gələcək qurmaq üçün birgə fəaliyyət göstərməlidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti COVID-19 virusuna qarşı peyvəndin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı ciddi narahatlığını ifadə etmişdir. Fürsətdən istifadə edərək bütün dövlətləri, beynəlxalq təşkilatları, beynəlxalq donor ictimaiyyətini, peyvənd istehsalçılarını və digər aidiyyəti tərəfləri bütün ölkələri COVID-19-a qarşı peyvəndlə əlçatan, maneəsiz, vaxtında və ədalətli formada təmin etməyə çağırırıq".

C.Bayramov qeyd edib ki, demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır: "Ölkədə davam edən islahatlar siyasi partiyalarla əsası qoyulmuş dialoq, mətbuatın inkişafına dəstək, əlilliyi olan şəxslər üçün daha yaxşı şəraitin yaradılması, qadınların və gənclərin təşviq olunması, şəffaf və səmərəli ictimai xidmətlərin miqyasının artırılması kimi geniş sahələri əhatə edir.

Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir. İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin mühüm işini dəstəkləmək məqsədilə Azərbaycan mütəmadi qaydada Ofisə könüllü maliyyə töhfələri ayırır və bunu etməkdə davam edəcəkdir. Biz üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının mühüm rolunu yüksək qiymətləndiririk. Bu baxımdan ölkəmiz bütün mandat daşıyıcılara daimi dəvət ünvanlamışdır".

Yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir like
  • 22 Fev 18:24  
Digərləri Yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaral

arrow Ətraflı
Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir like
  • 22 Fev 18:19  
Digərləri Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir

Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər a

arrow Ətraflı
Bakıdakı yanğınla bağlı yolda sıxlıq var, avtobuslar gecikir like
  • 22 Fev 18:17  
Digərləri Bakıdakı yanğınla bağlı yolda sıxlıq var, avtobuslar gecikir

Həsən bəy Zərdabi küçəsində, metronun "20 Yanvar" stansiyası

arrow Ətraflı
Ötən ay 14 cütlük boşanmaqdan imtina edib like
  • 22 Fev 18:14  
Digərləri Ötən ay 14 cütlük boşanmaqdan imtina edib

Azərbaycanda bu ilin yanvar ayında bağlanmış nikahların sayı açıqlanıb

arrow Ətraflı
Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçdi like
  • 22 Fev 18:09  
Dünya Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçdi

Hindistanda koronavirusa yoluxanların sayı 11 milyon nəfəri keçib.

arrow Ətraflı
Ermənistan dövlətçiliyinin sonu ola bilər like
  • 22 Fev 18:07  
Siyasət Ermənistan dövlətçiliyinin sonu ola bilər

"Ermənistanda özünü müxalifət adlandıran o hərəkat ki var, indi Pa

arrow Ətraflı
İranda ötən sutka 8 min nəfər koronavirusa yoluxub, 89 nəfər ölüb like
  • 22 Fev 18:04  
Dünya İranda ötən sutka 8 min nəfər koronavirusa yoluxub, 89 nəfər ölüb

İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı
Azərbaycana ötən il 264 mln. dollarlıq dərman idxal edilib  CƏDVƏL like
  • 22 Fev 18:02  
Digərləri Azərbaycana ötən il 264 mln. dollarlıq dərman idxal edilib CƏDVƏL

2020-ci il ərzində Azərbaycan pərakəndə satış üçün formalarda və ya

arrow Ətraflı
Ceyhun Bayramov İtaliya səfirinin ölümü ilə bağlı başsağlığı verib like
  • 22 Fev 18:01  
Siyasət Ceyhun Bayramov İtaliya səfirinin ölümü ilə bağlı başsağlığı verib

Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Konqo Demokratik Respublikas

arrow Ətraflı
"Ağır həyat yaşayırıqsa, valideyni ittiham etməliyik?" like
  • 22 Fev 17:59  
Şou-biznes "Ağır həyat yaşayırıqsa, valideyni ittiham etməliyik?"

"Bu gün uşaqlara güclü olmağı öyrətmək lazımdır. Xarici film və

arrow Ətraflı
Əlaqələndirmə Qərargahında işçi qrup rəhbərlərinin iştirakı ilə iclas keçirilib like
  • 22 Fev 17:57  
Siyasət Əlaqələndirmə Qərargahında işçi qrup rəhbərlərinin iştirakı ilə iclas keçirilib

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş q

arrow Ətraflı
"Boeing" 777 modellərinin istifadəsini dayandırmağa çağırdı like
  • 22 Fev 17:54  
Dünya "Boeing" 777 modellərinin istifadəsini dayandırmağa çağırdı

"Boeing" şirkəti ABŞ-dakı aviaşirkətlərə "Pratt & Whitney

arrow Ətraflı
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir like
  • 22 Fev 17:50  
Digərləri Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir

Unibank qış qayğılarınızı sıfırlamaq və yaz planlarınızı həyata ke

arrow Ətraflı