"Boeing" 777 modellərinin istifadəsini dayandırmağa çağırdı


Dünya 22 Fev 2021 17:54:00 121 0

"Boeing" 777 modellərinin istifadəsini dayandırmağa çağırdı

"Boeing" şirkəti ABŞ-dakı aviaşirkətlərə "Pratt & Whitney PW 4000" mühərrikləri ilə işləyən "Boeing 777" təyyarələrinin istifadəsini dayandırmağı tövsiyə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Boeing"in bəyanatında deyilir.

Məlumatda bildirilir ki, araşdırma aparılan müddətdə 150-yə yaxın "Boeing 777" təyyarələrinin uçuşları dayandırılıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın Denver şəhərindən Havay adalarına uçan təyyarənin mühərrik hissəsinin örtüyü qopub və yaşayış məntəqəsinin yaxınlığına düşüb.